Manşet
29-11-2021, 17:05
172
1-cə gün idarəetmə təcrübəsi olmayan Ramin Quluzadə necə nazir oldu ? - Ora-bura məktub daşımaq təcrübə olsaydı, gərək 20 il məktub daşıyan kuryerlər Baş nazir olaydı…
"Colgate" diş pastası satan Ramin Quluzadə 10 milyonları necə qazanıb?
“Tərəqqi” medalını hansı əməlinə görə almısan, cənab İşlər müdiri?
Ramin Quluzadənin adı Azərbaycan mətbuatında “saçyoldu” məsələsi ilə yadda qalıb.
Belə bir rüsvayuçılıqdan sonra adam gərək abırına qısılıb kənara çəkiləydi.
Amma Ramin Quluzadə nəinki qırağa çəkilmək, hətta daha böyük vəzifələrə iddialıdır.
Gəlin, bu adamın keçmişinə qısa bir nəzər salaq.
Başqaları kimi “Narxoz”u bitirib. Heç bir idarəçilik təcrübəsi olmadığı halda bu cavan oğlan birdən birə NƏQLİYYAT , RABİTƏ və YÜKSƏK TEXNOLOGİYALAR naziri təyin edilib.
Təsəvvür edirsiniz, bu qurum adi nazirlik deyil e, özündə 3-4 mühüm sahəni birləşdirən fövqəl qurumdur.
Axı, heç bir təcrübəsi olmayan Ramin Quluzadə müasir rabitə, texnologiyalar sistemini haradan bilir ?
Axı, ora-bura kağız-kuğuz daşımaq nə vaxtdan idarəetmə təcrübəsi olub ?
Onda gərək 20 il məktub daşıyan kuryerləri baş nazir qoymaq lazımdır.
Axı, Ramin Quluzadə mürəkkəb nəqliyyat sistemini haradan bilir ?
Axı, bu adamın bu sahədə 1 günlük təcrübəsi yox idi.
Həm də sabiq nəqliyyat naziri Ziya Məmmədovun xaraba günə qoyduğu nəqliyyat sistemini bu adam necə bərpa edə bilərdi ?
Suallar bir deyil, iki deyil ee...
Axı, nə qədər yazmaq olar ki, məmurun bizneslə məşğul olması qanunla qadağandır.
Bu adi həqiqəti sizlər nə vaxt başa düşəcəksiniz, cənablar ?
Cənab Ramin Quluzadə, “Tikinti Təchizat Layihə”, “Synergy Co” Qapalı Səhmdar Cəmiyyəti, "Eskort” MMC şirkətləri sənin deyilmi ?
Əgər sənin deyilsə, niyə açıqlama verib yazılanları təkzib etmirsən ?
Görəsən, Ramin Quluzadə rabitə, nəqliyyat sahəsində Allah qoymasa hansı işləri görə bildi ki, “Tərəqqi” medalı ilə təltif edildi.
Bu adamın nazirlikdə hansı fəaliyyəti olub, hansı tərəqqiyə imza atıb ki, döşünə medal taxıblar.
Bu adamı tanıyanlar yaxşı bilir ki, qısa vaxtda böyük bir gözəlçə siyahısını qabağına qoyub “sortirovka” aparırdı. Və axırda da nazirliyin karidorunda saçyolduya görə, rüsvaycasına işdən qovuldu. Amma...
Əmması odur ki, işdən qovulduğu həmin gün də daha mühüm vəzifəyə təyin olundu.
Və Ramin Quluzadə indi də Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.
Yaxşı, Ramin Quluzadəyə ikinci dəfədir ki, mühüm dövlət vəzifəsi etimad göstərilir.
Bu adam bu etimadı 1-ci dəfə nəinki doğrultmadı, hətta rüsvayçı durumda kollektivdən uzaqlaşdırıldı.
İnid görəsən Ramin Quluzadə nə işlə məşğuldur ?
Təsəvvür edirsiniz, indi Ramin Quluzadənin tabeçiliyində maliyyə şöbəsi, tikinti, təchizat və s şöbələr. Üstəlik, “Qəbələ” iqamətgahı, “Marxal” Müalice - İstirahət Kompleksi, “Səadət sarayı”, “Azərsuvenir”, Material təchizatı bazası və daha nələr.
Bir sözlə, Ramin Quluzadə lap xəzinəyə düşüb.
Amma bircə gün idarəetmə təcrübəsi olmayan, biznesinin olmadığını bəyan edən bu adamın adına 10 milyonluq mülklər, villalar haradandır görəsən ?
Çox üzr istəyirik, xoruz boğuşdurmaqla pul qazanan görmüşük, amma “saçyoldu” ilə milyonları necə qazanmaq olar ?
Bəlkə, Ramin Quluzadə pul qazanmağın asan yolunu tapıb ?
Cənab Quluzadə, Goradildəki 10 milyonluq villanın az qala 1 milyon dəyərində hasarları var. Və hasarların hündürlüyü 10-15 metrdir. Rəhmətliyin nəvəsi, nədən qorxursan, nədən gizlənirsən ?
Hələ malikanənin ərazisindəki futbol meydançası, tennis korti, bilyard-zad..bunlar nədir Quluzadə ?
Bu boyda torpaq sahəsini niyə zəbt etmisən ?
İdman yarışlarına hazırlaşırsan ?
Adamın bir nəfsinin həddi-hüdudu olar, Adam...
Axı, sən milyonları necə qazana bilərdin ?
Sənin ən qazanclı işin özün də yaxşı bilirsən ki, diş pastası "Colgate" satmaq olub. Sən 10 milyonu buradan qazanmısan ?
Biz sənin özəl həyatınla bağlı məsələləri qatlayıb qoyduq bir kənara.
Amma dövlət məmuru kimi sənin əməllərini hansı yerə yazaq ?
Sən nə vaxt medianın sənə ünvanladığı suallara cavab verəcəksən ?
Hələ mediada sənin bircə dənə də olsun açıqlamana rast gələ bilmədik.
Bəlkə dilin tutulub.
Başqa yerlərdə dilli-dilavər olursan, medianı görəndə isə...
Buyur mövqeyni qoy ortaya, cənab Quluzadə.. /Gundelik-baku.com/