Manşet
10-12-2021, 15:16
229
“SOCAR Petroleum” QSC-də nələr baş verir ? - Baş direktor Toğrul Seyidova və satış müdirinə niyə STOP qoyuldu ?
200 MİLYONU kim(lər) mənimsəyib ?
Haqqında bəhs edəcəyimiz "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Seyidov Toğrul Cavad oğlunun əməllərinə keçməzdən öncə görək, bu qurum nə ilə məşğul olur.
Deməli, "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətini (QSC) Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısını təşkil edir, çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Qurum "SOCAR" brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.
QSC-nin 100 MİLYON manata yaxın nizamnamə kapitalı var.
"SOCAR Petroleum" QSC müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir.
QSC Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır.
"SOCAR Petroleum" QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə böyük sərmayələr yatırmaqla əhaliyə Avro-2 standartının tələblərinə uyğun neft məhsullarının satışını təşkil və təmin etməkdir.
Şirkət neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı ilə məşğuldur.
Həmçinin yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili ilə də məşğuldur.
Hal-hazırda ölkə ərazisində "SOCAR Petroleum" QSC-nin aşağıdakı YDM-ləri fəaliyyət göstərir:
1 saylı YDM - Bakı şəhəri, Suraxanı r-nu, Yeni Suraxanı Qəsəbəsi, Bakı-Aeroport yolu, 7-ci km, 1
2 saylı YDM - Bakı-Aeroport yolunun sağ tərəfində, Sabunçu dairəsi yaxınlığında
3 saylı YDM - Bakı-Aeroport yolunun sağ tərəfində, Qala döngəsi yaxınlığında
4 saylı YDM - Aeroport-Bakı yeni salınmış beton yolunun sağ tərəfində
5 saylı YDM - Zığ şossesi, Gənclik parkı yanında
6 saylı YDM - Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 25 km, Bina 31 (Bibiheybət məscidindən şəhər istiqamətində yeni çəkilmiş yolun sağ tərəfində)
7 saylı YDM - Bakı-Salyan şossesinin 70-ci km-i, Haciqabul-Astara yolayrıcı, yolun sağ tərəfində
8 saylı YDM - Bakı-Salyan şossesinin 70-ci km-i, Haciqabul-Astara yolayrıcı, yolun sol tərəfində
9 saylı YDM - Bakı-Salyan şossesinin 14-cü km-i, Lökbatan qəsəbəsi yaxınlığında, yolun sağ tərəfində
10 saylı YDM - Bakı-Quba yolunun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığında
11 saylı YDM - Bakı-Quba yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığında
Bunlar QSC barədə qurumun rəsmi saytında dərc olunmuş məlumat.
İndi isə QSC-nin baş direktoru Toğrul Seyidovun və onun satış müdirinin cinayət əməlləri barədə Gundəlik-Bakıya daxil olan səhih məlumatlara keçək.
Əldə etdiyimiz məlumatdan bəlli olur ki, bir müddət əvvəl QSC-nin baş direktoru Toğrul Seyidov vəzifəsindən azad olunub və onu Rövşən Həsənov əvəz edir.
Mediada yayılan məlumatlardan bəlli olur ki, bu şirkətdə işə adi fəhlə düzəlmək üçün vətəndaşlardan 4-5 min manat rüşvət alınıb.
Bu barədə onlarla vətəndaşın şirkət rəhbərliyinə müraciəti var.
Gundəlik-Bakıya daxil olan səhih məlumatdan bəlli olur ki, şirkətin 10 illik fəaliyyəti yoxlanılarkən, 200.000.000 (200 milyon) manat mənimsəmə faktı aşkarlanıb.
Hazırda SOCAR-ın Audit idarəsi QSC-nin departamentində yoxlamaları davam etdirir.
Hətta məlumatdan o da bəlli olur ki, QSC-nin rəhbəri Toğrul Seyidov və satış şöbəsinin müdiri barəsində başqa yerə getməmək barədə iltizam alınıb.
Məlumatda o da bildirilir ki, Toğrul Seyidovun xeyli sayda mülkləri və bir neçə rayonda fermer təsərrüfatları var.
Toğrul Seyidovun Novxanıdakı nəhəng villasının təkcə hasarının hündürlüyü 10 metrə çatır.
Toğrul Seyidov barəsində daxil olan digər daha ilginc məlumatları dəqiqləşdirib növbəti yazımızda dərc edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. /Gundelik-baku.com/