Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…
17-12-2021, 10:17
280

Seymur Orucov Bakıda oturub Ağstafanı mobil telefonla idarə edir…- Seymur Orucovun “ailə biznesi”…

Seymur Orucov Bakıda  oturub Ağstafanı mobil telefonla idarə edir…

Elə məmur var ki,  adama  mövzu, “tema” verə bilmir. Barəsində  1-2 dəfə yazandan sonra adam bezir, usanır, yazmağa  nəsə tapmır. 
Ancaq Allah kömək olmuş,  Seymur Orucov bu məsələdə məhsuldardır, elmi dildə desək  rentabellidir. 
Bu adam barəsində hər gün bir  maraqlı  informasiya, xoruz səsi eşitməyən  faktlar eşidirik. 
Yəqin ki, söhbətin  Ağstafanın  34 yaşlı icra başçısı Seymur Orucovdan getdiyini  bildiniz. 
O bir tamaşada deyir ee, “Bir tərəfi  Şəkixanovlardan, o biri tərəfi Bakıxanovlardan…”  olan bu  cavan icra başçısı  1 il ərzində  Ağstafada  əməlli-başlı ad çıxarıb. 
Deyirlər, icra başçısı hər gün səhər  işə gələndə nəsə əzgin olur, günortaya çatanda  çox güclənir, axşama yaxın icra hakimiyyətinin karidorunda divara söykənir, tez-tez  8 yazır, başçı nəsə 8 rəqəmini çox sevir…
Soruşanda da  deyir ki, gecələr yata bilmirəm, camaatın vəziyyətini, dərdini  düşünürəm…
Camaat  deyir ki,  Seymur  Orucov  vəzifədə olduğu  1 il müddətin heç yarısını Ağstafada olmayıb, gecəsi-gündüzü Bakıda keçir, icra hakimiyyətini mobil telefonla idarə edir. 
Ağstafalılar düşünür ki,  görəsən  icra başçımız Bakıda kimi qoyub gəlib ki, rayona  öyrəşə bilmir, ürəyi Bakıda qalır.  ÜRƏK  söhbətini  saxlayaq  sonraya… 
Əslində Seymur müəllimi qınamalı da deyil ee…
34 yaşında  icra başçısı olar ? 
Bəs görəsən, bu cavan, çatmaqaş  oğlan  hansı  bacarığına, savadına, idarəetmə təcrübəsinə görə, bu yaşda böyük bir rayonun icra başçısı olub ? 
Söhbət  idarəetmədən düşmüşkən,  cənab Seymur Orucov  25 yaşında  “Narxoz”un təlim-tərbiyə  işləri üzrə prorektoru olub. 
Bəli, partanın arxasından təzəcə duran  Seymur Orucov qaynatası, “Narxoz”un rektoru Şəmsəddin Hacıyevin dəstəyi ilə prorektor olub. 
Beləcə cavan Seymur Orucovun karyerası başlayıb fontan vurmağa. 
Onu da qeyd edək ki,  Seymur Orucov həm də  Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili  Səttar Möhbalıyevin  doğmaca bacısı oğludur. 
Qaynata rektor, dayı da millət vəkili, dayının qudası isə xaricdə oturub Azərbaycanın əleyhinə çalışan "dədəm mənə kor deyib, gəl gedəni vur deyib" deyən şəxs. (həə zaman belədir, vaxt var idi Hüseynqulu Bağırovu müdafiə edən qara rəngli məmur Səs qəzetində bizim haqqımızda adımızı çəkmədən bu misalı çəkmişdir. Onda sən deyən idi, indi Fələk deyən) 
Beləcə, Seymur Orucovun  “Narxoz”dan başlayan  karyerası  Ağstafada davam edir. 
Və  Seymur Orucov  icra  başçısı  kreslosuna oturan kimi rayondakı  rüşvətxor  məmurları  kabinetinə yığaraq deyib ki, heç kimlə işim yoxdur, ƏVVƏLKİ KİMİ İŞLƏYİN…
Bir soruşan olmayıb, ay Seymur müəllim, bəs harada qaldı islahat-filan, gənc nəsil-zad…
Bəli,  bir də  rayon sakinləri görüb ki, bu cavan icra başçısı qoca icra başçılarından daha  fərasətli imiş, Ağstafanın abadlaşdırılması adı altında dövlətin xeyli  vəsaitini mənimsəyib. 
Biz hələ Seymur Orucovun yaşıllıqları qıraraq yerində obyektlər inşa etdirməsindən danışımırıq. 
Biz hətta  soruşmuruq ki, ay Seymur müəllim, Novxanıdakı milyonluq bağ evini, 350 minlik avtomobili hansı pulla alımısan ? 
İndi isə keçək ÜRƏK məsələsinə. 
Bəli, söhbət Seymur Orucovun həyat yoldaşı, “Narxoz”un sabiq rektoru  Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevadan gedir. 
Çeşmi xanım  Bakıda bir neçə vəzifə daşıyır. 
Bağça müdirəsidir, əvvəl atasının yanında, yəni “Naxoz”da dekan olub, indi isə Azərbaycan Dillər Universitetində rektor Kamal Abdullanın müşaviridir. 
Həə, Çeşmi xanımın  sahibkarlığı, xiyar-pomidor  yetişdirməyi, sahibi olduğu  “parnik”inin Azəriqaza  140 min manat qaz borcu olması lap yadımızdan çıxmışdı. 
İndi özünüz  təsəvvüvr edin Çeşmi xanım bu boyda işləri qoyub Ağstafaya necə getsin ? 
Ona görə də gənc icra başçısı Seymur Orucov çox xiffət çəkir və Bakıya üz tutur… /Gundelik-baku.com/

Oxşar xəbərlər