Cəbhəçi Cəfər Cəfərov necə dekan müavini oldu ? - Rektor Cəfər Cəfərov niyə YAP-a üzv olmaq istəmədi ?
17-12-2021, 10:19
418

Cəbhəçi Cəfər Cəfərov necə dekan müavini oldu ? - Rektor Cəfər Cəfərov niyə YAP-a üzv olmaq istəmədi ?

Tarix müəllimi hara, turizm hara, ay Cəfər müəllim ? 

Rektorun köməkçisi Riyad Rüstəmli  təkcə tələbə qızların qayıbını pozmur, çox şeyi pozur...


Deyir zaman o zaman idi...ölkədə bir partiya var idi, Kommunist  partiyası, yəni  2-ci bir partiya yox idi. 
Elə ki, müstəqillik oldu və partiyaların sayı da durmadan artdı. 
Sözün düzü,  çoxpartiyalılıq  zamanın tələbidir, hətta Çin kimi qatı kommunist  ölkəsində də bir neçə partiya var. 
Birzdə isə partiyaların sayı səhv etmiriksə, 50-ni çoxdan keçib. Bunun  ziyanı yoxdur. 
Ziyan olan bilirsiniz nədir ?
Pis odur ki, adam rəsmi olaraq bir partiyanın rəsmi üzvü olur, amma bir neçə partiyaya qulluq edir, necə deyərlər bir neçə stulda əyləşməyi bacarır. 
Bizim  Cəfər müəllim kimi...
Söhbət  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovdan gedir. 
Bəli, vaxtilə  Cəfər Cəfərov  Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi 1992-ci ildə  Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekan müavini oldu. 
Cəbhəçilər hakimiyyətdən gedəndən sonra  Cəfər Cəfərov dostu Əli Həsənovun köməkliyi ilə 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olundu. 
Təsəvvür edirsiniz, tarix elmi hara, İdman nazirliyi hara ? 
Dostlarının dediyinə görə, həmin illərdə Əli Həsənov dostu Cəfərə təklif edib ki, YAP-a  üzv olsun. 
Amma daha hiyləgər Cəfər Əliyə deyib ki, sən YAP-da ol, mən də AXC-də, dünyanın işlərini bilmək olmaz, olmadı elə, oldu belə...
Beləcə hər iki dost müxtəlif siyasi düşərgədə çalışmağa başlayıblar. 
Ona görə də yazının girişində iki stulda oturanlardan bəhs etdik. 
Beləcə, Əli Həsənovun iqtidardakı  “reytinqi” qalxdıqca, Cəfər Cəfərov da  vəzifədə irəliləməyə başlayıb. 
Və bir vaxtlar laborant olan Cəfər  Cəfərov dostu Əlinin vasitəsilə QHT  sektoruna da lövbər salıb. Və milli koordinator kimi  qrant yeməklə məşğul olub. 
Sonra dostu Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin  direktoru olub. 
Daha sonra  Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin olunub. 
Yenə soruşmaq ayıb olmasın,  tarix müəllimi hara, turizm hara..? 
Beləcə, Cəfər müəllim Azərbaycandakı turizmin anasını ağlar qoyub. 
Cəfər Cəfərov hər yeri kor qoya-qoya gəlib sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. Əlbəttə, yenə Əli Həsənovun hesabına. 
Yeri gəlmişkən, Cəfər müəllim pedaqogikanın cəngavəri ordenini də alıb. 
Turizm sahəsini  qara günə qoyan Cəfər Cəfərov  düz 5 ildir  milli pedoqogika elmini  dalı üstə qoyub. 
Cəfər Cəfərov  ADPU-ya rektor təyin olunan kimi təcrübəli pedoqoqları müxtəlif yollarla işdən uzaqlaşdırıb. Sonra boş qalan yerlərə özünün, həyat yoldaşının, Sona xanımın savadsız qohum-əqrəbasını universitetə doldurub. 
Sonra Səttar Möhbalıyevin yaxın qohumu Vaqif Əliyevi “APİ”də həmkarlara sədr qoyub. 
Vaqif  Əliyev  isə universitetdə  fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin  sosial problemləri,  müalicə və istirahətləri  üçün ayrılan  yüz minləri  həzm-rabedən keçirib. 
Təsəvvür edirsiniz, universitet müəllimlərini adına neçə yüz hektar torpaq,  bağ sahələri alınaraq satılıb, ya da  villa tikilib. 
Cəfər Cəfərov  Vaqif Əliyevlə birgə hətta müəllimlərin adına alınan 80 manatlıq putyovkaları  kimə gəldi 400-500 manata satıb. 
Bütün bu talançılıq ortada ola-ola  Cəfər Cəfərov 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin tələbə bacısının təhsil haqqını tələb edir, onu qovmaqla hədələyir. 
Bax, Cəfər Cəfərovların, Əli Həsənovların, Səttar Möhbalıyevlərin əsl siması budur. 
İnid isə ADPU-da allah qoymasa təzə-gənc  cəfərlər, əlilər, səttarlar yetişir.  
Onların parlaq nümayəndəsi  rektorun köməkçisi  Riyad Rüstəmlidir. 
Bəli, ADPU-da “qayıb”,  kəsir”, “imtahan”  biznesinin başında Riyad Rüstəmli dayanır. Əlbəttə, Cəfər Cəfərovun “dobrosu”  ilə. 
Deməli,  “donjuan”  ləqəbli  Riyad  Rüstəmli bəzi tələbə qızların qayıbını pozmaqla, onların abır-həyasını da aparır. 
Riyad  Rüstəmli  hətta bəzi tələbələr vasitəsilə  müəllimləri də  şantaj edir.  Yəni narazı, ora-bura şikayət edən müəllimləri yola gətirmək üçün  Riyad Rüstəmli  müəllimlər barəsində “kompromat”  toplamaqla məşğuldur. 
Bir sözlə, ADPU gələcək pedaqoq-müəllim hazırlamaqdan başqa, hər şey hazırlayır... /Gundelik-baku.com/

Oxşar xəbərlər