
Manşet
20-12-2021, 15:00
132
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun özbaşınalığı... - Masallıda Hacı Sərxanın "Bazar Stor"u
Masallıda kolxoz bazarı kimi tanınan köhnə bazar ayrı- ayrı şəxslərin nüfuz dairəsinə verilib. Hər tərəf bazardır. Son vaxtlar Hacı Sərxanın bazarıyla bağlı söz- söhbət səngimir. Həmin bazarda illərlə ticarət edənlərin gediş- gəliş yolu bağlanılıb. Bazarını "Bazar Stor"a çevirib genişləndirən Hacı Sərxan qanunsuz tikinti işləri aparır. Bazar ətrafına giriş- çıxış yollarını bağlayan 3 metrədək hündürlükdə sədd çəkdirib. Dulusçuluq peşəsi ilə məşğul olan Masallı rayon Ərkivan qəsəbəsinin sakini 86 yaşlı İbrahim Cəlilov yerli hakimiyyət orqanlarının Hacı Sərxanın (Sərkarın) qanunsuz əməllərinə biganə yanaşmalarından şikayətçidir. Qeyd edək ki, ailəsinin ruzisini bazarda ona ayrılan yerdə dulusçuluq məhsullarının satışı ilə qazanan İbrahim kişi Respublikada tanınan sənətkarlardan biridir. Tamah hissi Hacı Sərxanı elə bir həddə çatdırıb ki, ona da hörmət etməyib. İbrahim kişi bildirir ki, problemlə bağlı Masallı rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin Hacı Sərxanın qanunsuz tikinti aparmasının qarşısını almaqdan ötrü tədbir görən yoxdur. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bazarda ticarət edənlərin şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional İdarəsinin işçi qrupu da Hacı Sərxanın apardığı özbaşına tikinti işləriylə bağlı bazar ərazisinə baxış keçirib, bazar ətrafına çəkilən hasarın sökülməsinin zəruri olması barədə müvafiq akt tərtib edilib. Masallı rayon İH- nin Başçısı Şahin Məmmədova müraciət olunub. Amma, İH aparatından səs- soraq yoxdur. Deyilənlərə görə Şahin Məmmədov da bazara şərikdir, məhz buna görə Hacı Sərxan heç kimi saymır. Əgər deyilənlər doğrudursa, dərəbəyliyin qarşısı alınmayacaq.
P.S.Hacı Sərxanın və şəriklərinin bazar sərgüzəştləri barədə araşdırma aparırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S.Hacı Sərxanın və şəriklərinin bazar sərgüzəştləri barədə araşdırma aparırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.