Manşet
11-01-2022, 15:33
321
İcra başçısı Şahin Məmmədov 18 km uzunluğunda su “turbasını” yox edib...- MASALLININ BAŞÇISI DA HƏBS OLUNA BİLƏR…
Ötən əsrin 80-ci illərində SSRİ-də aşkarlıq və yenidənqurma dövründə televiziyalara azca da olsa sərbəstlik verildi. Və müxtəlif maraqlı adamlar verilişlərə dəvət olunurdu. Məsələn, “Tok Əli” deyirdilər, elektrik naqilindən yapışırdı, amma onu “tok” vurmurdu. Düzdür, sonralar dedilər ki, “tok Əlini” tok vurub öldürüb.
Sonra ikinci bir maraqlı epizod da yada düşür.
Adını unutmuşam, amma “stəkan”ı xarthaxart yeyirdi. Hamı dəhşətə gəlirdi ki, bu adam stəkanı necə yeyir, bunun mədəsi nədir ?
Biz haradan bilə bilərdik ki, bir neçə il keçəcək və Azərbaycan müstəqil dövlət olacaq. Rayonların bəzi icra başçıları “stəkan” nədir ee, 18 km uzunluğunda su turbalarını bir gecədə yeyəcək...
Təsəvvür edirsiniz, cəmiyyət bir adamın 1 balaca stəkanı yeməyinə heyrət edirdi, amma icra başçısı əjdaha kimi 18 km turbanı ağzına alıb saqqız kimi çeynəyir. Daha heç kim təəccüblənmir.
Hələ bu harasıdır ?
Masallının icra başçısı Şahin Məmmədov Ağcabədinin icra başçısı olanda kilometrlərlə turbalar yoxa çıxırdı.
Şahin Məmmədov Masallıya icra başçısı təyin olunanda gördü ki, ondan əvvəlki icra başçısı Rafil Hüseynov bütün turbaları satıb qurtarıb, rayon ərazisində 1 metr turba qalmayıb.
Şahin Məmmədov xeyli fikirləşəndən sonra qərara gəldi ki, bu gündən ağacları, kolları, yaşıllıqları yox edəcəm…
Bəli, yaşıllıqları qırdırıb yerində ticarət obyektləri satrdırmaqla məşğuldur, cənab Şahin Məmmədov.
Şahin Məmmədovun belə əməlləri-maxinasiyaları ilə bağlı istənilən qədər fakt saymaq olar.
Amma nə faydası ?
Şahin Məmmədovun tərcümeyi-halı barədə uzun-uzadı yazıb oxucunu bezdirmək istəmirik.
Təkcə onu qeyd edək ki, bu adam 11 ay Samuxun icra başçısı olub.
11 ay icra başçsı olar ?
11 ay Samux camaatının başında “staj” keçəndən sonra Allah qoymasa Ağcabədiyə icra başçısı təyin olunub. Və 2005-ci ildən 2019-cu ilədək Ağcabədi camaatının başında turp əkib. Nə yazaq e...
Şəhidin atasını döyüb, sahibkar xanıma kəllə atıb...
Deyir ki, mənə 4 diplomat pul təklif elədilər...
Ağlı başında olan adam bu sözü deyərmi ?
Keçmişi bank işçisi, dini mənsubiyyəti bəhai olan Şahin Məmmədov 3 rayondan mənimsədiyi 100 milyonların hesabına oliqarxa çevrilib.
Təsəvvür edirsiniz, bu adamın qonşu Gürcüstanın Batumi şəhərində neçə milyonluq villası var. Özü də “Broker” Əbülfəz Məlikovla qonşudur.
Bu adamın mülklərinin bir hissəsinə nəzər salın və nəticə çıxardın:
Ölkədə yüzlərlə obyekti, torpaq sahələri, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexi, böyük mebel mağazası, iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri və daha nələr ...
Daha nə yazaq ?
Hüquq-mühafizə orqanları bunu görmür ?
Bizə elə gəlir ki, artıq Şahin Məmmədovun mülklərinin araşdırılmasının vaxtı çatıb. /Gundelik-baku.com/