Manşet
11-01-2022, 17:03
304
“Sobsan Boya” və milli səhiyyəmiz.... - “Sobsan boya” Kardiologiya İnstitutunun ərazisini almaq istəyir ?
Azərbaycan sözün həqiqi mənasında ziddiyyətlər, təzadlar, kontrastlar ölkəsidir.
Kimə sual versən ki, “kraska” qayıran “Sobsan boya” şirkəti ilə Kardiologiya İnstitutu ( ürək ) arasında nə əlaqə ola bilər ?
Vallah adama güləllər, hətta adamı ələ salarlar.
Amma bizdə belə hallar az deyil.
Bəli, Gündəlik-Bakıya daxil olan məlumata görə, “Sobsan boya” şirkəti o qədər həddini aşıb ki, şəhərin mərkəzindəki Kardiologiya İnstitutunun ərazisini ələ keçirmək istəyir...
Bu plan hələ sabiq səhiyyə naziri Oqtay Şirəliyevin dövründən qüvvədədir.
Təsəvvür edirsiniz, şəhərin mərkəzində 10 hektarlarla ərazi, yaşıllıq və s.
Qeyd edək ki, ”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri Zöhrab Səbzəliyevlə sabiq nazir Oqtay Şirəliyev qudadır.
Və bu qohumluğa görə, ”Sobsan Boya” şirkətinin rəhbəri Səbzəliyevin əmisi qızı Gülnaz Dadaşova hazırda Kardiologiya İnstitutunun direktorudur.
Nə isə görək “Sobsan boya” nə ilə məşğuldur ?
Məlumdur ki, “Sobsan Boya” Azərbaycanın ilk boya fabrikidir.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Bir neçə il əvvəl fabrikdə baş verən yanğın cəmiyyətdə xeyli suallar doğurdu.
Yanğın o dərəcədə böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını yanğını söndürə bilmirdi.
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi maddələri Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac yoxdur. Yəni “Sobsan Boya” ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdıb.
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, “Sobsan Boya” şirkəti Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib.
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz “yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər.
Bir sözlə, “Sobsan Boya” Azərbaycan qanunlarına məhəl qoymur.
Bütün bunlar azmış kimi “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
İndi gördünüzmü, xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsən milli səhiyyəmizlə “kraska” ilə ətraf mühitimizi zəhərləyən milli sənayemiz necə birləşib… /Gundelik-baku.com/