Abşeronun sabiq icra başçısı İradə Gülməmmədova həbs olunacaq... - “Qəzan” mübarək, İradə Gülməmmədova
19-01-2022, 18:54
293

Abşeronun sabiq icra başçısı İradə Gülməmmədova həbs olunacaq... - “Qəzan” mübarək, İradə Gülməmmədova

Almaniyaya gizlicə, özbaşına getməyinin sonu belə olmalı idi...

Bəzən  hansısa rayona kiminsə icra başçısı təyin olunacağı, kiminsə azad ediləcəyi barədə xəbərlər dolaşır. 
Bütün bunların hamısı xəstə təxəyyülün məhsuludur. Çünki icra başçısını təyin etmək və  azad etmək Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. 
Düzdür, yayılan informasiyaları bəzən icra başçıları özləri də mətbuata ötürürlər. Hansısa icra başçısı ucqar rayondan  Bakıya “transfer”  olmaq üçün belə xəbər-dezolar yayırlar. Necə deyərlər, bəziləri  gecəni yatanda şirin yuxular görürlər. 
Belə icra başçılarından biri də  Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovadır. 
Yaxınlarına və ətrafındakılara deyirdi ki, yaxın zamanda Nərimanova, ya da Gədəbəyə icra başçısı gedəcəm, bu variant alınmasa Bakı ŞİH Başçısının müavini olacam və.s
Yəni xanım icra başçısı şirin xəyallarla yaşayırdı. 
Biz Gündəlik-Bakı olaraq hətta o vaxt İradə Gülməmmədovaya xəbərdarlıq etdik ki, ali rəhbərliyin xəbəri olmadan, gizlicə Almaniyaya getməyin, sənin sonunu gətirəcək. Hətta bu da sonun deyil...
Buradan da Kürdəxanı təcridxanasına yola salınacaqsan...
Bəli, indi təxirəsalınmaz məsələ hansı gündə, hansı saatda Kürdəxanıya getmək məsələndir. Buna  sayılı günlər qalıb... Qəzan mübarək. İnsanlara etdiyin zülmün bədəlini ödəyəcəksən. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, Abşeronun icra başçısı olmaq uğrunda xeyli şəxslər mübarizə aparırdı. Onlardan biri də Şirvan şəhərinin icra başçısı İlqar Abbasov idi.
Yazının girişində qeyd etdiyimiz kimi, bunlar başa düşmür ki, onların istəyindən və arzusundan asılı olmayaraq son qərarı  cənab Prezident verir. 
Məlumat üçün qeyd edək ki, cənab Prezident bu gün Abdin Fərzəliyevi Abşerona icra başçısı təyin edib. 
İradə Gülməmmədovanın Kürdəxanıya transfer olunmasına isə lap az qalıb.
P.S İradə Gülməmmədova bu günki vida mərasimində yaxın ətrafına deyib ki, Abşerondan o qədər pul yığmışam ki, ömrümün sonuna qədər sayam (xərcləyəm yox aaa, sayam) qurtarmaz. /Gundelik-baku.com/

Oxşar xəbərlər