Manşet
28-01-2022, 18:21
6 666
Emil Səməndərov minlərlə insanı dövlətdən narazı salır...- “Proqress 2016” MTK-nın sahibi niyə həbs olunmur ?
Minlərlə narazı kütlə küçələrə tökülsə, Səməndərova himayədarlıq edənlər onun qarşısını ala biləcək..?
Dövlət vətəndaşa sahib çıxmasa....
Müdriklər deyib ki, hər cürə müqayisə qüsurludur.
Amma bu dünyada müqayisəsiz də keçinmək olmur. Çünki hər məsələyə qiymət verəndə nə iləsə müqayisə etməlisən.
Bu qısa girişi nə üçün yazdıq..?
Deməli, son bir neçə ildir ki, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi, özbaşınalıqların Avropada müzakirə olunmasıdır. Hətta bəzən deyirlər ki, Avropaya donos yazanları bəzi məmurlar maliyyələşdirir. Bu da ağılabatan versiyalardan biridir.
Sözün qısası, bizə elə gəlir ki, cəmiyyətimiz üçün o donosçular nə qədər ziyanlıdırsa, ondan daha təhlükəlisi, daha yaramazı Emil Səməndərov kimiləridir.
Söhbət “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovdan gedir.
Niyə, Emil Səməndərov kimilər cəmiyyətimiz və dövlətimiz üçün daha təhlükəlidir ?
Çünki Emil Səməndərov ölkədə oturub milyonlarını qazanır, vergidən yayınır və üstəlik...
Minlərlə, on minlərlə vətəndaşı dövlətdən, hakimiyyətdən narazı salır. Bu narazı insanlar bir gün sel kimi aşıb-daşa bilər...
Bəli, Emil Səməndərov ev almaq, ailə qurmaq, oğul evləndirmək istəyən minlərlə insanın pulunu mənimsəyərək, onları küçələrdə, kirayələrdə zəlil edib...
Əli hər yerdən üzülən, hüququ tapdalanan, üstəlik heç bir dövlət qurumu tərəfindən qəbul edilməyən bu insanlar nə etməlidir ?
Təsəvvür edirsiniz vətəndaş ev almaq üçün borc-xərc haradansa pul tapır və hələ tikilməyən binada mənzil almaq üçün Emil Səməndərova verir. Belə vətəndaşların sayı 10 deyil, 100 deyil, minlərlədir.
Emin Səməndərov isə hələ bünövrəsi qazılmayan, guya kağız üzərində 2 ilə hazır olacaq binanın milyonlarla pulunu alıb cibinə qoyur.
Bütün bunlar azmış kimi Emil Səməndərov olmayan binanın bir mənzilini bir neçə nəfərə satır.
Və vətəndaş mənzilinə baxmaq istəyəndə bəlli olur ki, həmin mənzil daha bir neçə nəfərə satılıb.
Belə yerdə deyiblər ki, pah atonnan, vur...
Guya bütün bu baş verənlərdən hüquq-mühafizə orqanlarının xəbəri yoxdur ?
Görəsən Vergilər Dövlət Xidməti niyə soruşmur ki, ay Emil Səməndərov, sən kimsən ki, vətəndaşlardan NAĞD şəkildə pul alırsan, özü də milyonları...
Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycanda mənzil tikintisi adı altında mütəşəkkil cinayətkar şəbəkə fəaliyyət göstərir. Bu neçə ildir beləcə davam edir.
Axı, Emil Səməndərov kimilər birdən birə böyük cinayətkar olmayıblar...
Bəli, Emil Səməndərov MTK Məsələsinə qədər bəlkə 10 dəfə dələduzluğa, sui-istifadə hallarına görə, saxlanılıb, hətta qısa müddət həbs olunub. Amma sonda azadlığa çıxıb, yenidən öz əməllərini davam etdirib.
Bəli, əlimizdə faktlar var ki, Emil Səməndərov dəfələrlə 7-8 rayon məhkəməsində mühakimə olunub, amma sonda sərbəst buraxılıb. Niyə ?
Çünki pulunu-rüşvətini verib. Bu qədər sadə və bəsit.
Bütün bunları görən, Emil Səməndərov fikirləşib ki, az atmaqdansa, böyük məbləğdə atım, 5 nəfəri aldatmaqdansa, 1000 nəfəri aldadım, onsuz da sonda rüşvəti verib canımı qurtaracam.
Bütün bunlar azmış kimi Emil Səməndərov Qarabağda döyüşüb şəhid olan vətəndaşın mənzilini də başqasına satıb. Bu gün şəhidin ailəsi nə mənzilə köçə bilir, nə də pulunu geri ala bilmir.
Əlbəttə, bizim davamız Emil Səməndərov kimilərlə deyil.
Söhbət minlərlə vətəndaşın dövlətə olan inamından gedir.
Bir daha dövlət qurumlarına müraciət edirik. Biz vətəndaşlarımızı tam şəkildə müdafiə etməliyik.
Bizi də Gündəlik-Bakı olaraq narahat edən yalnız və yalnız vətəndaşlarımızın aldadılmasıdır.
Emil Səməndərov kimilər bizim müzakirə predmetimiz deyil.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/