Halal çörəyə “haram” qatan Tahir Mirişov kimdir ? - Korrupsiyaya qarşı mübarizə idarəsi ona nə üçün xəbərdarlıq edib ?
31-01-2022, 15:54
6 882

Halal çörəyə “haram” qatan Tahir Mirişov kimdir ? - Korrupsiyaya qarşı mübarizə idarəsi ona nə üçün xəbərdarlıq edib ?

Keçmiş dövlət katibi Əli Kərimlinin qohumu olan Tahir Mirişov çörək zavodlarını, satış məntəqələrini necə ələ keçirib ?  


Haqqında  bəhs edəcəyimiz  “Muğan” firmasının direktoru Tahir Mirişovla bağlı  internet rersurslarından bəlli olur ki, bu şəxs paytaxt Bakıda çörək istehsalı ilə məşğul olur. 
Hətta  çörək istehsalı zamanı  mövcud standartların tələblərinə əməl etmədiyi, qiymətləri gizli artırdığı, çörəyin çəkisinin azaltdığı  üçün Baş prokuror  yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tahir Mirişova xəbərdarlıq da edib. 
Görək, halal çörəyə “haram” qatan  bu adam kimdir ? 
Deməli, Tahir Mirişov əslən Sabirabadlıdır. Və 1992-ci ildə AXC hakimiyyəti zamanı dövlət katibi işləyən Əli Kərimlinin qohumudur. Və həmin dövrdə Əli Kərimlinin dəstəyi ilə Bakı şəhərindəki çörək sexlərini, çörək satışı məntəqələrini saxta müqavilələrlə ələ keçirib. 
Daha doğrusu, Tahir Mirişov əvvəllər çörək zavodunda ekspeditel işləyib, sonradan 2 nömrəli  çörək zavodunun müdiri olub  və oranı qəpik-quruşla özəlləşdirib. Onun çörək zavodu Nizami metrosunun yanında hektarlarla ərazini əhatə edir. Tahir Mirişov  zavodun sahəsindən əlavə  ətrafda xeyli ərazini də  zəbt edib. 
Bütün bunlar azmış  kimi bu adam  “Bakı şəhər şörək  satışı” ( Bakxlebtorq ) müəssisəsinin çörək satış  məntəqələrinin yerlərini də “qəpik-quruşla” ələ keçirib.  Buradan əldə etdiyi gəlirlərin hesabına əldə etdiyi obyektlərinin sayını da itirib.
Bəli, həqiqətən də Tahir Mirişov Bakı şəhərindəki obyektlərinin sayını itirib. 
Belə ki, Biləcəri qəsəbəsində hərbi hissənin yanındakı 5 mərtəbəli binanın altındakı keçmiş çörək mağazasının  yerini  büsbütün yadından  çıxarıbmış...
Və bir gün  seyfini  təmizləyəndə  həmin obyektin ÇIXARIŞ-ını oradan tapır və  gedib  görür ki, kimsə həmin obyekti  təmir edib işlədir. 
Tahir  Mirişov  seyfindən tapdığı ÇIXARIŞI  göstərərək obyekti işlədən şəxsə  deyir ki, bura mənimdir, təcili obyekti tərk elə. 
Naəlac qalan  həmin şəxs  yalvar-yaxarla  icarə haqqı ödəməklə Tahiri yola gətirir. 
Yuxarıda qeyd etdik ki, Baş prokurorluq qanunsuz əməllərinə görə, bir dəfə Tahir Mirişova sonuncu xəbərdarlıq edib. Görünür bu ona dərs olmayıb. 
Belə ki, Tahir Mirişov  Bakı şəhərinin mərkəzində və Binəqədi rayonu Binəqədi qəsəbəsindəki obyektlərində  gecələr  “sobaya”  köhnə avtomobil təkəri, zir-zibil-tullantı  doldurub yandırır  və ətrafda yaşayan insanları zəhərləyir. Bu ekoloji cəhətdən dəhşətdir və cinayət əməlidir. 
Görəsən, Ekologiya və Təbii Sərvətlər nazirliyi hara baxır ki, Tahirin  bu əməllərini görmür.
Tahir Mirişov haram yolla o qədər varlanıb ki, övladlarının sürdüyü   avtomobillər  son modellərdir Cl, Galenvagen,  Ranc Rover.  Özü isə  son  model  Audii AA avtomobilində gəzir, hərdən də köhnə Prado ilə gözlərə kül üfürür.
Bir daha qeyd edirik ki, Tahir Mirişov bu qədər obyektə AXC hakimiyyəti dövründə qohumu Əli Kərimlinin dəstəyi ilə və saxta müqavilələrlə nail olub.  
İndi növbə hüquq-mühafizə orqanlarınındır.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər