Manşet
3-02-2022, 11:33
1 762
Baş redaktorun nazir Vilayət Eyvazova müraciəti operativ olaraq nəzarətə götürüldü… - Kollektiv inanır ki, azad medianı susdurmaq istəyənlər layiq olduğu cəzanı alacaq…
“Gündəlik-Bakı” qəzetinin Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın qanunsuz əməlləri, tender maxinasiyaları, tabeçiliyində olan şəxslərə qarşı qanunsuz hərəkətləri, dövlət vəsaitini mənimsəməsi və s barədə silsilə araşdırma yazılarından sonra redaksiyamıza zəng edərək hədə-qorxu gələn, hətta redaksiyamıza “ordu yeridəcəyi” ilə təhdid edən şəxslərlə bağlı Baş redaktor Habil Vəliyevin cənab Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanlanan müraciəti operativ olaraq yüksək səviyyədə nəzarətə götürülüb.
Və məsələnin araşdırılması Binəqədi PRİ-nin 7-ci Polis Bölməsinə həvalə edilib.
İnanırıq ki, redaksiya kollektivinə qarşı baş verən təhdidlər diqqətlə araşdırılacaq və günahkar şəxslər layiq olduğu cəzanı alacaqlar.
Kollektivimiz adından cənab nazir Vilayət Eyvazova təşəkkürümüzü bildiririk.