Emil Səməndərovdan 500 min rüşvəti kim istəyir ? - “Yusif MTK” adı ilə vətəndaşları aldadan Qalib kimdir ?
14-02-2022, 16:29
6 990

Emil Səməndərovdan 500 min rüşvəti kim istəyir ? - “Yusif MTK” adı ilə vətəndaşları aldadan Qalib kimdir ?

Emil Səməndərovla Qalibin qurbanlıq vətəndaşları… 

Ovçuluqla məşğul olanlar  gözəl bilir ki, ŞİKARI  ovçuların qabağına  qovan bir  dəstə olur. 
Loru dildə desək,  bir dəstə səs-küy salır  və  şikarları  ovçuların hədəfinə doğru yönləndirir. 
Bu sadə məsələ deyil, gərək bunu bacarasan. 
Və sonda həmin şikar qovanlar  ovçulardan PAYLARINI alırlar. 
Bunu nə üçün yada saldıq..? 
Bu əməl bu gün də davam edir. 
Belə ki, “Gündəlik-Bakı”nın  xeyli müddətdir ki, barəsində yazdığı  “ Proqress 2016 “ MMC və onun sahibi  Emil Səməndərov  haqqında  redaksiyamıza  çox ilginc məlumatlar daxil olub. 
Belə ki, “Proqress 2016 “ MMC-nin  adının dövrü  mətbuatda hər gün mənfi  hallanması, haqqında  cinayət işlərinin olması,  MTK-nın 1 mənzili 5  nəfərə  satması...və digər  hallar  Emil Səməndərovu məcbur edib ki,  başqa varianta  əl atsın. Hansı  varianta ?
Yazının girişində qeyd etdiyimiz ŞİKAR variantına...
Bəli, Emil Səməndərov  bəzi  şikar qovanları,  daha doğrusu, mənzil maklerlərinin yeni cinayətkar şəbəkəsini  işə qoşaraq  vətəndaşları  aldatmağın yeni yolunu tapıb. 
Belə ki, Emil Səməndərovun işbaz  maklerləri ATLA üzbəüz  binada vətəndaşları  “YUSİF MTK”  adı ilə söhbətə dəvət edir və... sonda “Proqress 2016”  MMC ilə müqavilə imzalatdırırlar. 
Bu işbaz maklerlərin  öndə gedəni isə Qalib adlı şəxsdir. 
Vətəndaşlar etiraz edəndə ki, bizi  bura  Yusif MTK adı ilə çağırmısınız , amma “Proqress 2016” MMC ilə müqavilə imzalayırıq. 
O anda  Emil Səməndərov deyir ki, bilirsiniz, binanı  “Yusif MTK”nın adına keçirmək üçün məndən 500 min  manat rüşvət istəyirlər. 
Görəsən, Emil Səməndərovdan nə az, nə çox  500  min manat rüşvəti kim(lər) istəyir ? 
Əslində Emil Səməndərov  vətəndaşları aldatmağın yeni yolunu tapıb. 
Yəni cinayətkar şəbəkə  öz əməllərini başqa ad altında davam etdirir...
Görəsən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi nə üçün Emil Səməndərov və başda Qalib olmaqla  makler dəstəsini   dindirmir, sorğu-sual etmir ? 
Sözün qısası, Emil Səməndərov   yeni cinayət əməllərinə imza atmaqda davam edir. 
Hətta o qədər həddini aşıb ki, hər yerdə deyir ki, mənim adamlarım ən yüksək hakimiyyət mərtəbəsində təmsil olunur,  lazım gələrsə,  medianın da azğını yuma bilərəm, istədiyim adamı susdurmağa imkanım var. 
Biz bu yazıda  Emil Səməndərovu köhnə əməlləri, 6-7 rayon məhkəməsindəki cinayət işləri, hətta MTK-nı dələduzluq yolu ilə ələ keçirməsi,  1200  nəfər “dvoyniki”nin olması, hətta  Qarabağ  şəhidinin mənzilini  başqasına satması, pulunu geri qaytarmamasından uzun-uzadı bəhs etmək istəmirik. 
Bu yazının əsas mövzusu Yusif MTK,  Qalib və onun qurbanlarıdır. 
Qoy  hüquq-mühafizə orqanları araşdırsınlar.
P.S Növbəti yazımızda Emil Səməndərovun ofisinin qarşısında hansı məqsədlə saxladığı iki it haqqında, Şəyriyarın kərpici, maklerlərin adlarının və nömrələrinin dəyişdirilməsi və hansı müstəntiqin adından danışması haqqında yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər