Notarius rəisinin səs yazısı yayıldı...- Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun tükürpədən cinayətləri üzə çıxdı...
28-02-2022, 18:02
7 264

Notarius rəisinin səs yazısı yayıldı...- Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun tükürpədən cinayətləri üzə çıxdı...

Hacıqabul notariusunun rəisi Rüfət Səfərov törətdiyi cinayəti etitaf etdi…

Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı  notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi  hala çevrilib. 
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. 
Məlum olur ki, hansısa  notarial kantor  saxta  sənəd verərək  vətəndaşın mülkiyyət hüququnu  pozub. 
Daha dəqiq desək,  notarial kantorlarda alqı-satqı  prosesində saxtakarlığa  yol verilib.
Məlumdur ki, Azərbaycanda vətəndaşlar xüsusilə notariat xidmətlərinə üstünlük veriblər.
Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə  yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu  dövlət kontorudur və  30-u  Bakıda, 70-dən artığı isə  regionlarda yerləşir. 
Bu  dövlət notariat kontorlarında  yüzdən artıq  notarius   çalışır. 
Belə kantorlardan biri də Hacıqabul rayonu dövlət notariat  kantorudur. 
Bir məsələni də xüsusi olaraq qeyd edək ki,  hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI  QORUYUR. 
Amma təəssüf ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur. 
Belə ki, Hacıqabul sakinlərinin dediyinə görə,  Hacıqabul rayonu dövlət  notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı  ciddi saxtakarlığa yol verir. 
Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı  vətəndaşlara ciddi problem yaşadır. 
Sözün qısası, Hacıqabul notariat kantorunda hüququn aliliyi deyil, rüşvətin miqdarı əsas götürülür. 
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz. 
Bir sözlə,  Hacıqabulda  notarial kantor deyil, əsl bazar fəaliyyət göstərir. 
Görəsən, bu barədə  Ədliyyə Nazirliyinin rəhbərliyi nə düşünür ?
Mövzunu gündəmdə saxlayacağıq.
P.S Ruslan Səfərov Ədliyyə Nazirliyində ən yüksək səviyyədə müdafiə olunduğunu bildirir. Biz həmişə haqqın tərəfində olduğumuz üçün, imkansız adamların malının, mülkünün mənimsənilməməsi üçün əlimizdən gələni etmişik. Bu dəfə də edirik. Deyirəm görəsən bu səs yazısı başqa jurnalistlərin əlinə düşsəydi nə edərdilər? 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər