Faiq Məmmədovun obyektini 30 min yevroya Yaponiya səfirliyinə icarəyə verən Mədət Məmmədov HƏBS olunmalıdır...
18-03-2022, 10:47
1 920

Faiq Məmmədovun obyektini 30 min yevroya Yaponiya səfirliyinə icarəyə verən Mədət Məmmədov HƏBS olunmalıdır...

Rəfael  Allahverdiyevin “qara kassiri”  Faiq Məmmədovun mülklərinin  siyahısı...

Bakı ŞİH Ticarət Departamentinin sabiq direktoru  Faiq Məmmədovun qardaşı Mədət Məmmədovun əməlləri...



Ötən yazımızda   Faiq Məmmədovun  barəsində  bəhs etmişdik. 
Söhbət  uzun illər  Bakının sabiq meri, mərhum  Rəfael Allahverdiyevin  sağ əli, daha doğrusu, “qara kassiri”  kimi tanınan  Bakı ŞİH Ticarət Departamentinin sabiq sədri Faiq Məmmədovun cinayət əməllərindən gedir. 
Bəli, bu adam uzun illər  Bakı şəhərində küçə ticarətinin başında dayanıb və milyonlara sahib olub. 
Sonradan bu adamın adı   “8-ci kolometr bazarı”nın özəlləşdirilməsində yol verilmiş qanunsuzluqlarla bağlı hallandırıldı və hətta  həbs olunması ilə bağlı  məlumat da yayıldı.  
Daha sonra Amerika səfirliyi yaxınlığındakı sökülən evlərin sakinləri ilə bağlı kompensasiya məsələsində vitse-mer Eldəniz  Lahıcov həbs olunanda...Faiq Məmmədov  kiminsə əli ilə həbsdən qurtara bildi. 
Bu adam hər dəfə  öz canını qurtara bilir və həbsdən yayınırdı. 
Nəhayət 30 aprel 2005-ci ildə  Faiq Məmmədovun  Moskvada həbs olunması  xəbəri yayıldı. 
Amma  sonradan kimlərsə  bu adamı həbsdən xilas edə bildi. 
Bu adam haqqında ötən yazımızda bəhs etdiyimiz kimi, başqalarının halal əmlakını ələ keçirməklə  ad çıxarıb. 
Belə ki,  “Şah market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üzvləri  mediaya müraciətində qeyd edir ki....
... Səbail rayonu Rəsul Rza küçəsi 23 ünvanında yerləşən “Şah market” adlı xüsusi mülkiyyətimiz 1998-ci ildə qanuni şəkildə özəlləşdirilib, Əmlak Komitəsində ASC kimi qeydiyyata alınıb. Lakin özəlləşdirmədən bir müddət sonra obyekti işlətmək xeyli çətinləşdi. Məmur müdaxiləsi və başqa bürokratik-inzibati əngəllər qarşımıza keçilməz sədd çəkdi. Xüsusən, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti müxtəlif bəhanələrlə bizə əl-qol açmağa imkan vermədi. Nəhayət, biz depatamentin o vaxtkı sədri Faiq Məmmədovdan “obyektdən mənə də 20 faiz pay ayırın” ultimatumunu qəbul etməyə məcbur olduq. Lakin sənədləşmə zamanı üzə çıxdı ki, vəzifəsindən sui-istifadə edən Faiq Məmmədov əmlakdan 20 deyil, özünə 30 faiz pay yazdırıb. Beləliklə, bu məmur zorla bizim ASC-nin üzvü oldu”.
Bəli, Faiq Məmmədov  öz səlahiyyətlərindən istifadə edərək  vətəndaşların qanuni obyektlərini əlindən alıb, bəzən özünü payçı kimi ASC-yə  soxuşdurub. 
Bizə elə gəlir ki, təkcə bu fakt  bu məmurun kim olduğunu gösətərir. 
“Şah market” ASC-nin üzvləri yazır ki, müxtəlif ağır cinayətlərdə ittiham olunduğuna görə Faiq Məmmədov təxminən 10 il  Azərbaycandan qaçıb yoxa çıxıb: “Buna baxmayaraq, ASC-dən gələn gəlirlərini hər ay  nümayəndəsi müntəzəm olaraq alırdı. O, bir də 5-6 il əvvəl peyda oldu. Qayıtdıqdan sonra o, əsassız olaraq kollektiv maraqlara qarşı çıxmağa, daha çox vəsait istəməyə, hətta obyekti bölüb “öz hissəsini” hörgü ilə ayırmağı tələb etməyə başladı. Təbii ki, yalnız obyekti icarəyə verməkdən ibarət olan fəaliyyətimizi iflic etməyə yönəldiyi üçün, həm də mövcud qeyri-yaşayış sahəsi “Şah market” Səhmdar Cəmiyyətinin tam xüsusi mülkiyyəti olması səbəbindən və ASC-nin bölünməzliyi prinsipindən çıxış edərək biz bu iddianı qəbul etmədik”.
Bəli, Faiq Məmmədov  vəzifə səlahiyyətlərindən istifadə edərək  Bakı şəhərində xeyli sayda obyekti ələ keçirib, özününküləşdirib. 
Belə obyektlərdən biri də Yaponiyanın ölkəmizdəki səfirliyinin  yerləşdiyi  binadır. Bu bina Mədət Məmmədov adlı şəxsə  məxsusdur. Bu şəxs  20 ildir bu binanı  Yaponiya səfirliyinə ayda 30 min avroya icarəyə  verib. Amma...
Əmması odur ki, 20 ildə Mədət Məmmədov qanunla  hər ay 14 faiz  dövlətə vergi verməli olduğu halda...heç  14 qəpik də verməyib. 
Görəsən, 20 il vergidən yayınan Mədət Məmmədov niyə həbs olunmur ? 
Bəli, uzun illər Bakı ŞİH-də Ticarət  Departamentinin sədri olan Faiq Məmmədov  vəzifəsindən istifadə edərək qazandığı milyonların hesabına ələ keçirdiyi obyektlərin hamısını qardaşı Mədət Məmmədovun və onun uşaqlarının adına sənədləşdirib. 
Mədət Məmmədov və övladları isə həmin obyektləri icarəyə verərək milyonlar qazanıblar. 
Faiq  Məmmədovun bizə bəlli olan obyektləri bunlardır. 
Statistika Komitəsinin yanında böyük ərazi, supermarket, Ədliyyə Nazirliyinin arxasında böyük ofis, Londonda milyonluq evlər, keçmiş “Domsovetin”in yanındakı Bakı Univermağı, Padamdartda  10 milyonluq villa  və daha nələr...
Son olaraq onu qeyd edək ki, etdiyi cinayətlər səbəbindən küçəyə çıxmağa qorxan, kölgəsindən hürkən Faiq Məmmədov bir müddət əvvəl dünyasını dəyişib. Və...
Bəli, haram mal-mülk cinayət mənbəyidir. 
Bəli, Faiq Məmmədov dünyasını dəyişəndən sonra övladları ilə əmiləri  Mədət Məmmədov arasında qırğın başlayıb. 
Sözün qısası, haram mal-mülk  bir ailəni üz-üzə qoyub. 
Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. 
Yazıda müxtəlif media orqanlarında dərc olunan materiallardan istifadə edilmişdir. /Gundelik-baku.com/

Oxşar xəbərlər