İradə Gülməmmədova “Sofiya” Şadliq Sarayını 15 milyona alır?… - Sabiq icra başçısının HƏBSİ qaçılmazdır…
28-03-2022, 18:46
6 317

İradə Gülməmmədova “Sofiya” Şadliq Sarayını 15 milyona alır?… - Sabiq icra başçısının HƏBSİ qaçılmazdır…

Bakıya sınıq çamadan və xarab tikiş maşını ilə gələn İradə Gülməmmədova 100 milyonlara necə sahib oldu..? 

HƏBS TƏHLÜKƏSİ OLAN GÜLMƏMMƏDOVADAN MİLYONLAR HARDANDIR ?


Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın əməlləri barədə  ölkə mediasının  yazdıqlarını bir yerə toplasan əməlli-başlı  kino-serial alınar. 
Zarafat bir yana, həqiqətən də bu qadının qısa zamanda  etdiyi cinayət əməllərinin, rüşvət və korrupsiya  hallarının, qadına yaraşmayan digər əməllərinin, ümumiyyətlə, insanlığa zidd  hərəkətlərinin siyahısına baxanda adam  deməyə, yazmağa  söz tapmır. 
Görəsən, qohumları qeyri millətdən olan ( qohumları hazırda Krasnodarda  yaşayır və İradənin oradakı biznesini idarə edirlər ) və rayondan köhnə çamadan və sınıq tikiş maşını ilə Abşerona gələn adi bir qadın qısa vaxtda  bu boyda karyeranı və…ən əsası 100 milyonlarla ölçülən əmlakı, var dövləti, mülkləri, obyektləri necə əldə etdi..? (bunu heç kim bilməsə də mən də bilirəm, İradə xanımın qardaşı Rövşən müəllim də bilir, bir sözlə hamı bilir, amma ən dəqiqini mən bilirəm. Ehtiyac olarsa tam təfərrüatı ilə oxucularımıza çatdırarıq)
İndi isə İradə Gülməmmədova  barəsində Gündəlik-Bakıya daxil olan  yeni məlumatları ictimaiyyətə və müvafiq  orqanlara təqdm edirik. 
Belə ki, daxil olan məlumatdan  bəlli olur ki, İradə Gülməmmədova artıq kiçik obyektlərini sataraq  yeni, daha böyük obyektlər almağa hazırlaşır.  
Və bu məqsədlə Binəqədi rayonunda yerləşən əzəmətli, möhtəşəm  “Sofiya” Şadlıq Sarayını almaq qərarına gəlib. 
Hətta bu məqsədlə  Şadlıq Sarayının sahibi olan tanınmış  iş adamına 5 milyon dollar əvvəlcədən verib və  13 milyon dollar da verməyə hazırlaşır. 
Təsəvvür edirsiniz,  vaxtilə Bakı şəhərinə sınıq çamadanla və qırıx tikiş maşını ilə gələn İradə Gülməmmədovanı son vaxtlar “Sofiya”  Şadlıq  Sarayının qarşısında bahalı Leksus maşında görürlər. Sabiq icra başçısı özünü az qala kraliça kimi aparır. 
Məlumatlı mənbənin dediyinə görə, İradə Gülməmmədova təkcə “Sofiya”ya  sahib  olmaq istəmir. Onun Binəqədi rayonu ərazisində dəyəri 30 milyon olan villası, torpaq sahələri, obyektləri var. 
Abşerondakı  obyektlərinin, torpaq sahələrinin isə ucu-bucağı yoxdur. 
Kiminsə varlı, zəngin olması bizim üçün qəbul edilməz deyil. Amma…
Əmması odur ki, dövlətdən hər ay konkret maaş alan adam bu boyda əmlaka necə sahib ola bilər ? 
Yeri gəlmişkən, onu da qeyd edək ki, 15 milyon söhbətini biz deyil, İradənin qardaşı Rövşən  hər yerdə deyir…
İradə Gülməmmədova  Abşerona icra başçısı təyin ediləndə bir həsir, bir də məmmədnəsir idi. Onu tanıyanlar hamısı bunu bilir…
Başçı olduğu dönəmdə İradənin oğlu, Milli Məclisdə işləyən Məhəmmədin xalqımızı təhqir etməsi barədə çox yazılıb. Təsəvvür edirsinizmi,  ailə nə qədər artırıbsa, artıq xalqı təhqir etməyə keçib. 
Hələ bu harasıdır ?
İradə Gülməmmədovanın qardaşı  oğlu  gənc qıza təcavüz edərək….sonda cinayət işini 30 min manata bağlayıb. 
Görəsən  10 il Balakəndə  adi həkim olan İradə Gülməmmədovanın baxtını 34 yaşında kim acıb. Ki, əvvəlcə  Abşeron uşaq poliklinikasında baş həkim, sonra icra başçısının 1-ci müavini vəzifəsində çalışıb. 
2015-ci ildən isə  Abşeron  rayonunun icra başçısı oldu. 
İradə Gülməmmədova icra başçısı olan kimi əri Yolçunun bütün savadsız  qohumlarını Abşeronda vəzifələrə dolduraraq özünə böyük bir rüşvət və korrupsiya şəbəkəsi yaratdı 
Cənab Prezidentimiz  harınlamış məmurlar, onların qudurğan övladları ifadəsini əbəs yerə işlətməyib. 
Bəli, İradə Gülməmmədovanın oğlu Məhəmmədin Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunun ərazisində 2 mərtəbəli, mansardlı villasının sahəsi 1855 kv. metrdir. Villa 18 sot torpağın içində tikilib. 
Bu güloğlanın  anasının “şotuna”  sahib olduğu obyektlərə baxın: 
Paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən “Gutab House” restoranlar şəbəkəsi Məhəmməd Gülməmmədova məxsusdur:
Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən “Gutab House”;
Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakı   “Gutab House” restoranı;
Yasamaldakı  “Gutab House”;
Bakıxanov qəsəbəsindəki (keçmiş Razin)  “Gutab House”, 
Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Gutab House”. 
Hələ üstəlik villaları, mülkləri, dükanları və s. 
İradə Gülmmədovanın bacısı oğlu Babək Zalovu isə az qala bütün ölkə tanıyır. 
Bəli, bir müddət əvvəl bacısı oğlu  Babək Zalov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs edildi. 
Həm də necə həbs edildi ? 
Bu adam sözün həqiqi mənasında “banda başçısı” imiş. 
Şübhəniz varsa məhkəmənin qərarına baxın. 
Ağır Cinayətlər  Məhkəməsi  Babək Zalov, Abşeron Rayon İcra Hakimiyyətinin  Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfər barəsində  qərar  verib. 
Gördünüzmü, cinayətkar dəstənin başında kim durur?
İcra başçısının bacısı oğlu Babək Zalov. 
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Amma nə olsun…? 
Tezliklə  Babək Zalov azadlığa çıxdı, günahsız insanlar isə həbs həyatı yaşamalı oldu. 
İndi isə İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevdən bəhs edək.  
Özünü Qarabağ qazisi kimi qələmə verən Rövşən Quliyev Abşeronda “idman” məsələlərini kuratsiya edir. 
“İRS Mobil”  şirkəti ona məxsusdur. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigar-Q.S” MMC-dir. Yeri gəlmişkən, Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. 
Qardaşla bacı  birləşərək  Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajları sökdürərək onlara verilməli olan kompensasiyaları mənimsəyiblər. 
İradə Gülməmmədova  sökülən qaraj  sahiblərini aldadıb ki, guya Prezidentin tapşırığı ilə qarajlar sökülür və həmən yerdə parklar salınacaq, yaşıllıqlar olacaq. 
Fikir verirsinizmi, icra başçısı Prezidentin də adından  yalan danışır. Sökülən qarajların yerini isə fərdi evlər və obyektlər üçün satıb, yazıq qaraj sahiblərinin pulunu isə verməyib. Bunu İradə Gülməmmədova ilə qardaşı Rövşən Quliyev ediblər. 
Xanımın qardaşı hələ Allah qoymasa yolun ortasında “novostroyka”  tikdirir və insanların keçməsi üçün balaca cığır saxlayıb. 
İndi isə keçək İradə Gülməmmədovanın həyat yoldaşı Yolçu müəllimin oğlunun  biznes şəbəkəsinə.  
Yolçu Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti 
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. “İRS Mobil” MMC  
“Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.
“Vimay-Med”  klinikası, Nabat  Tibb Mərkəzi, 
“Herbimed” MMC, “Fidanfarma”  da  Gülməmmədovlar ailəsinə məxsusdur. 
İndi isə xanım icra başçısının qızı ( 1996-cı ildə doğulub ) Vüsalə Yolçu qızının ömür yoluna nəzər salaq. 
Vüsalə Gülməmmədova  Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidmətini həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.
Sözün qısası, İradə Gülməmmədovanın  cinayət əməllərinin siyahısını sonsuza qədər uzatmaq olar. 
Deməli, İradə Gülməmmədovanın həbsi qaçılmazıdır.
Yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər