Daş karxanasından Milli Məclisə gələn Mahir Abbaszadə... - Mahir Abbaszadənin qolundakı saata 3 ev, 5 maşın almaq olar…
26-04-2022, 18:06
7 164

Daş karxanasından Milli Məclisə gələn Mahir Abbaszadə... - Mahir Abbaszadənin qolundakı saata 3 ev, 5 maşın almaq olar…

“Neqodnu”  Mahir  Abbaszadə  həm hərbi  ZABİT, həmdə fəlsəfə doktoru  imiş…


Milli Məclisin üzvü,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, fəlsəfə doktoru  Mahir Abbaszadə…
Birincisi, ondan başlayaq ki, bu Mahir Abbaszadə Bakı Dövlət Universitetini  iqtisadi nəzəriyyə  müəllimi ixtisası üzrə bitirmişdir. Və…
Və Güzdəkdə daş  karxanasında işləyibmiş. 
Sonra Milli Məclisə gəlmişdir. 
Adamdan soruşarlar ki, daş karxanası hara, Milli Məclis hara…?
Mahir Abbaszadənin tərcümeyi-halında  qeyd edilir ki, o Allah qoymasa, “zapasda olan ofiserdir”,  yəni ehtiyyatda olan hərbçi zabitdir. 
Ay Mahir Abbaszadə,  səni tanıyanlar bilir ki, ordudan yayınmaq  üçün özünə  “neqodnu”  “knijkası”  almısan, bəs  Milli Məclisə gedəndə necə  “qodnu” oldun..? 
Ümumiyyətlə, qohum-əqrəban arasında ermənilərə-daşnaklara bir daş atan olubmu..? 
Ay Mahir Abbaszadə,  deyirsən ki, daşnaklara qan udduran Laçınlı  Sultan bəyin  Türkiyədəki məzarını  təmir etdirəcəm. 
Səni hamı  Laçınlı şəhidin məzarı üstündəki bulaqda spirtli  içki içən kimi tanıyırlar, 
Sənin Sultan bəyə, yaxud Xosrov bəyə  nə aidiyyətin ola bilər..? 
Səninki pul yığmaqdır...
Ay Mahir Abbaszadə,  deyirsən ki, iqtisadçı alimsən, guya  fəlsəfə doxturusan….
Səni tanıyanlar, tələbə dostların bilir ki, sənin savadın heç  kollec səviyyəsində deyil, nə elmlər doktoru-zad…?
Sən hansı mövzuda müdafiə edib alim olmusan, Mahir Abbaszadə..? 
Görəsən Mahir Abbaszadənin  Qaçqınkomda Fond rəhbəri olması, milyonları mənimsəməsi bəs etmir ki, onu hələ bir deputat da təyin edirlər…?
Görəsən, Laçında  bir ləyaqətli, savadlı, nüfuzlu şəxs yoxdur ki, Mahiri seçiblər deputat..? Axı onun bir vəzifəsi var. (biz Mahir Abbaszadəyə demirik aaa, o nüfussuzdur, ləyaqətsizdir, savadsızdır, yəni ki, iki vəzifə daşımaq lazım deyil)
Sözün qısası, Mahir Abbaszadə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan kimi  məcburi köçkünlər üçün tikilən binaları, qəsəbələrı, şəhərcikləri  verib özünə yaxın şirkətlərə. Yəni yalandan tender keçirib, guya özünə yaxın şirkətlər  bu tenderləri udublar. Beləcə, Mahir Abbaszadə, “otkat”  almaqla milyonçuya çevrilib. Və həyat yoldaşına ad günün də  250 min yevroluq  kolye hədiyyə edib. 
Adamdan soruşarlar ki, daş karxanasında işləyən birisində  bu qədər sərvət haradandır..? 
Hələ bu harasıdır..? 
Ölkə mediası  yazır ki, deputat  Mahir Abbaszadənin qolundakı saatin dəyəri ilə  3 ev, 5 maşın almaq olar…
Təsəvvür edirsiniz, Mahir Abbaszadənin əməllərindən bezən təkcə sıravi  Laçın sakinləri deyil. 
Partiya sədri  açıq şəkildə bəyan edir ki, Mahir Abbaszadə istefa verməlidir, belə deputatlarımızın varlığından utanıram: 
“Deputat Mahir Abbaszadə arağını şəhidin adına yaradılmış bulaqda soyudur.
Deputat Mahir Abbaszadə rəhbəri olduğu fondun 15 milyonluq sifarişini özünün təsisçisi olduğu şirkətə verib. 
121 saylı Laçın seçki dairəsindən namizəd - “Zaminbank”-ın Gəncə filialının müdiri Mahir Abbaszadə seçiciləri ələ almaq üçün kassanın ağzını açıb.
Mahir Abbaszadə  seçicilərə deyib ki, onsuz da bu dairəinin deputatı mənəm, səs versəniz də verməsəniz də seçkinin qalibi mən olacam. Amma yenə də Allah naminə bu yardımı edirəm…
Daha sonra sözələrinə davam edən namizəd qeyd edib ki, “Bu hədiyyələri sizlərə rüşvət adı ilə yox, sadəcə bir yerli kimi, Laçın camaatını sevən, onlar üçün çalışan biri olaraq sizlərə kömək üçün verirəm…
İndi gördünüzmü, Mahir Abbaszadə  hansı yollarla deputat olub..? 
Məcburi köçkünlərin hesabına dövlətin ayırdığı pulla  arvadına kolye alır, sonrada  vətəndən, imandan, Allah yolundan danışır…
Bəli, bu gün də  Mahir Abbaszadə  dövlətin məcburi köçkünlərə  ayırdığı yüz milyonları mənimsəyir, özü  üçün biznes şəbəkəsi qurur. 
Mahir Abbaszadənin qardaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıtda  bankın filial müdirinin  müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) cinayət məsuliyyətinə cəlb edilmişdi. O, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi.
Bunların işi ancaq  xalqın sərvətini talamaqdır. 
Növbəti yazıda "Abşeronda ölümlə nəticələnmiş yol nəqliyyat hadisəsi və Mahir Abbaszadə nə üçün həbs olunmadı" yazısı dərc olunacaq. Bizi izləyin
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/


Oxşar xəbərlər