Mahir Abbaszadə kimdir ki, ona 2 MÜHÜM vəzifə verilib ? - Deputatın şair qardaşı Nazpərini vəsf edir, özü isə…
5-05-2022, 16:14
7 108

Mahir Abbaszadə kimdir ki, ona 2 MÜHÜM vəzifə verilib ? - Deputatın şair qardaşı Nazpərini vəsf edir, özü isə…

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru  Mahir Abbaszadə….
Burada bir yekə STOP….
Birincisi,  normal cəmiyyətlərlərdə  BİR adama  BİR iş tapşırarlar ki, öhdəsindən normal gələ bilsin. 
Anormal cəmiyyətlərdə  bir adama   3-4 vəzifə verərlər…
Bu Mahir Abbaszadə kimdir, nəçidir ki, buna  2  MÜHÜM VƏZİFƏ  tapşırılıb..? 
Bu adam həm  on minlərlə seçicini parlamentdə təmsil edir, həm də 1 milyondan artıq məcburi köçkünlərin problemi  ilə məşğul olur..
Bunun üçün  bu adamın ƏQLİ  imkanlarını bir kənara  qoyaq, FİZİKİ imkanları necə çatır..? 
ƏQLİ sözünü boşuna işlətmədik ee…
Bir deputat ki, şəhid  bulağının üstündə spirtli içki içib feyziyyab ola, ondan nə gözləyirsiniz…
Söhbət feyziyyabdan düşmüşkən, bu deputatın şair qardaşı  Zahir Abbasın  müğənni  Nazpəri Dostəliyeva haqqında sosial şəbəkədə yazdıqlarını oxuyanda adam xəcalət çəkir. 
Zahir Abbasın müğənniyə ithafən yazdığı şeiri  “Yaralıyam, yarama məlhəmdir o gur səsin” cümləsi ilə başlayır. 
Adama deyərlər ki, Laçında, Şuşada şəhid olanlar haqqında deyil, manıs-müğənnilər  haqqında yazdıqlarınız  siz qardaşların əsl mahiyyətini ortaya qoyur. 
Bir də ki, ay şair, harada yaralanmısan, erməni gülləsi harandan dəyib…? 
Ümumiyyətlə, siz qardaşlar erməniyə bir daş atmısınızmı..? 
Bu qardaşlar barəsində yayılan informasiyaları  nəzərdən keçirəndə, adamın yadına görməmişin bir….məsəli düşür…
Təsəvvür edirsiniz, ölkə mediası Mahir Abbaszadənin qiymətli saatlarının nədən hazırlanmasını müzakirə edir..
Ağ və sarı qızıl, timsah naxışları, nə bilim briliyant qaşlar və s 
Bunun bircə adı var: görməmişlik. 
Ölkə mediası yazır ki, Mahir Abbaszadənin  saatı  18 əyar qızılından hazırlanıb, original PATEK FİLİPPE firmasının məhsuludur, su keçirməzdir, mexanik rejimlə işləyir, zərbəyə davamlı şüşəsi var  və daha nələr…
Ölkəmizin qarşısında bu qədər problemlərin dayandığı  bir vaxtda  Mahir Abbaszadənin saatını müzakirə etmək….
Heç kimə sirr  deyil ki, Mahir Abbaszadəni atası, babası  maldarlıqla, mal-qara saxlamaqla məşğul olub, yəni bunlar dədə-babadan maldar olublar. 
Maldarın qolunda  3 milyon dəyərində saat, vallahi, gülməlidir…
Bu hələ harasıdır..? 
Mahir Abbaszadə  həyat yoldaşına ad günündə bağışladığı….hədiyyə  ölkə mətbuatının manşetinə çevrildi…. 
Bu adam o dərəcədə milyonçuya çevrilib ki, 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) xanımına   420000 yevro dəyəri olan  hədiyyə bağışlayıb. 
Təkcə bu fakt   “Qaçqınkom”dakı  rüşvətin və korrupsiyanın miqyasını göstərir.
Biz kiminsə həyat yoldaşına  nə hədiyyə etməsini müzakirə etmirik. Amma  dövlətdən maaş alan və keçmişi  maldar  olan bu adam bu boyda vəsaiti, milyonlarla pulu haradan əldə edib..? 
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib. 
Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
İki mühüm vəzifə daşıyan,  yüz milyonlara sahib olan bu adamın, yəni  Mahir  Abbaszadənin canı….
Necə deyirlər, divin canı şüşədə olan kimi Mahir Abbaszadə  kimilərin canı da bir  yoxlamaya bənddir. 
Bəli, Maliyyə Nazirliyi  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, daha doğrusu,  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda ciddi  bir yoxlama aparsa, Mahir Abbaszadənin harada olacağı  bəllidir. 
Çox təəssüf ki, neçə illərdir ki, nə  Maliyyə Nazirliyi, nə də Hesablama Palatası komitədə normal bir yoxlama aparıb həqiqəti üzə çıxartmaq istəmir. 
Məlumdur ki, son illər  Maliyyə Nazirliyi  bir çox dövlət qurumlarında   operativ, illik yoxlamalar aparsa da, nəsə “Qaçqınkom”da, Fondda yoxlama aparmaq  istəmir. 
Görünür, buna görə də  Mahir Abbaszadə  kimilər özlərinə çox arxayın olub, milyonlarla  dövlət vəsaitini dağıdırlar. 
Bəli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib. Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir. 
Təxminən son 30 ildə qaçqın və məcburi köçkünlərə, onlar üçün tikilən binalara, qəsəbələrə, şəhərciklərə ayrılan milyardlarla dövlət vəsaitini beyninizdən keçirin. 
Bəli, gec-tez  bütün bunların hesabı sorulacaq. 
Hazır ol, Mahir Abbaszadə….
Səni deyirlər…
Səlim Müslümzadə  sənin yolunu gözləyir… /Gundelik-baku.com/

Oxşar xəbərlər