Rövşən Rizayev Sarkisyanın deyil, 1 milyon qaçqının qarşısında aşağı baxmalı idi… - RZAYEVİN SİRR PƏRDƏSİ…
6-05-2022, 16:33
6 967

Rövşən Rizayev Sarkisyanın deyil, 1 milyon qaçqının qarşısında aşağı baxmalı idi… - RZAYEVİN SİRR PƏRDƏSİ…

Rövşən  Rizayevin keçmişi üzərindəki sirr pərdəsi  bir gün götürüləcək…

Kim nə deyir desin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rizayevin Xocalı canisi, Ermənistanın sabiq prezidenti  Serj Sarkisyanın qarşısında aşağı baxması, onun üzünə baxa bilməməsi  sıradan bir məsələ deyil. 
Yəqin oxucular söhbətin məşhur fotodan getdiyini bildilər. 
Bəli, Azərbaycan nümayəndə heyəti, Polad Bülbüloğlu və digər millət vəkilləri Sarkisyanın qarşısında  qürurla dayandığı halda  Rövşən Rizayev  nədənsə sanki günahkar  şəxs kimi başını qaldırıb Sərkisyanın üzünə baxa bilmir. 
Və istər-istəməz ortaya suallar çıxır. 
Rövşən Rizayevin Sarkisyanın qarşısında nə günahı var..? 
Nə vaxtsa, bu məsələyə aydınlıq gələcək, arxivlər açılacaq, cənab Rövşən Rizayevin nədən çəkindiyi, nədən qorxduğu  da bəlli olacaq. 
Əlbəttə, hazırda əlimizdə ciddi fakt-sübut olmadığı üçün konkret nəsə deyə bilmirik. Amma...
Ümumiyyətlə, dəfələrlə yazmışıq  Rövşən Rizayevin keçmişi çox müəmmalıdır. 
Söhbət təkcə Sarkisyanın qarşısında  başını aşağı salmaqdan getmir. 
Əslində Rövşən Rizayev Sarkisyanın deyil, 1 milyon qaçqının qarşısında başını aşağı salmalı idi. 
Bəli, cənab Prezident də rəsmi çıxışlarında dəfələrlə vurğulayıb ki, “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləri olmalıdırlar”. 
Amma,  Rövşən Rizayev komitə sədri olandan  sonra atdığı addımlar, etdiyi əməllər çox ehtimallara yol açır. 
Biz əbəs yerə demirik ki, bu adamın keçmişi çox qaranlıqdır. 
Dəfələrlə yazmışıq və yenə yazmağa məcburuq ki, 1986-cı ildə  Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini  bitirən adam  1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə necə işləyə bilərdi..? 
Qoy Rövşən Rizayev bizim bu sualımıza  cavab versin. 
Axı, 1982-ci ildə Rövşən Rizayev heç tələbə də deyildi. 
Deməli, lazım olan qüvvələr  bu adamı lazımi  yerə hazırlayırmış. 
Sonra keçək başqa bir məsələyə. 
Bakıda doğulan, ömründə  Xanlar və Daşkəsən rayonlarında olmayan  Rövşən Rizayev necə oldu ki, 2004-cü ildə  101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildi  və uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işlədi. 
Bu adamı Xanlar və Daşkəsəndə  tanıyan var idi..? 
Sonra Allah qoymasa  Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.
Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır.
Görəsən, Rövşən Rizayev o boyda tribunalardan bircə dəfə ermənilərin əleyhinə nəsə deyibmi..? 
Deyibsə, buyursun ortaya qoysun. 
Biz əbəs yerə  demədik ki, Rövşən Rizayevin nəinki keçmişi, hətta komitə sədri olandan sonrakı addımları da ciddi şübhələr doğurur. 
Bəli, Rövşən Rizayev  komitə sədri olduğu müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünləri sanki dövlətdən narazı salıb. 
Rövşən Rizayev  xeyli sayda  qaçqının adicə çörək pullarını, kommunal xərclərini kəsməklə deyəsən sağ ol  qazanmaq istəyir. Və minlərlə ailəni talehin ümidinə buraxır. 
Rövşən Rizayevdən soruşan lazımdır ki, müavinətlərini kəsdiyin  minlərlə qaçqının siyahısını niyə Maliyyə Nazirliyinə vermirsən. Və bu yolla milyonları mənimsəyirsiniz. 
Bəli,  Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Rövşən Rizayev  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib.
Yəni artıq  5-ci ildir ki, Rövşən Rizayev komitə sədridir. 
Deyilənə görə, Rövşən Rizayev  məcburi köçkünlər üçün inşa edilən binalardan, şəhərciklərdən 100 milyonlar mənimsəyib. Bunu biz demirik aaa, deyirlər.
Bəli, bunu açıq demək lazımdır. 
Amma qaçqınların çörək pulunu kəsmək üçün hər yola əl atır. 
Guya hansısa qaçqının evi var, daxması var. Buna görə, Rizayevin məntiqi ilə müavinət düşə bilməz. 
Guya BDU-nun hüquq fakültəsini bitirən, amma hüquq elmindən dadmayan Rövşən Rizayevə başa salan lazımdır ki, qaçqın və məcburi köçkün beynəlxalq statusdur. Məgər dövlət məcburi köçkün üçün xarici dövlətlərdən aldığı yardımın qarşısında yazır ki, Pirvəlinin evi var, ona yardım verməyək? Bu ayrılan kommunal xidmətlər və ya çörək pulu bir məcburi köçkünün qidalanmasına və ya bir mənzil üçün kommunal xidmətin ödənilməsi üçün verilir, 100 ev üçün verilmir.
Sözün qısası, Rövşən Rizayev  komitə sədri olduğu müddətdə  məcbiri köçkünlər ondan çox narazı qalıb. Bircə qalır cənab Prezidentimizə müraciət etmək. /Gundelik-baku.com/

Oxşar xəbərlər