Qızıl bahalaşdı
29-11-2022, 11:43
1 043

Qızıl bahalaşdı

Dünya bazarlarında qızıl bahalaşıb. 
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,71 % və ya 12,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 752,65 ABŞ dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 2,01 % artaraq 1 unsiyası 21,335 ABŞ dolları təşkil edib.
Bazarlar ABŞ iqtisadiyyatı ilə bağlı statistikanın açıqlanmasını gözləyir.
ABŞ valyutasının zəifləməsi qiymətli metalın qiymətinə müsbət təsir göstərir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,5 % düşərək 106,15 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Oxşar xəbərlər