Bayden bu qadınlara vəzifə verəcək
10-11-2020, 15:54
297

Bayden bu qadınlara vəzifə verəcək

ABŞ-ın yeni prezidenti Co Bayden ölkənin ilk qadın və qaradərili Prezident köməkçisi Kanala Harrisin ardınca qadınlara mühüm vəzifələr verməyə hazırlaşır.
Xarici işlər naziri, Maliyyə naziri, Müdafiə naziri və Ədliyyə naziri kimi yüksək vəzifələrə qadınların damğa vuracağı gözlənilir. 
Bildirək ki, Co Baydenin bu günədək həmişə kişilərin nəzarətində olan Maliyyə Nazirliyi üçün düşündüyü şəxs 58 yaşlı Lael Breynarddır. O, Barak Obamanın prezident olduğu dövrdə nazirlikdə işləyib. Hazırda isə ABŞ Federal Rezerv (FED) İdarə Heyətinin üzvüdür. 
Müdafiə naziri vəzifəsinin icrası üçün nəzərdə tutulan şəxs 59 yaşlı Mişel Flournoydur. Bu xanım da məhz Obamanın zamanında sözügedən nazirlikdə vəzifə sahibi olub. Bill Klinton dönəmində isə Pentaqonda işləyib.
Xarici İşlər naziri səlahiyyətinin icrasına gəldikdə isə ilk əvvəl qeyd etmək lazımdır ki, bu günədək ABŞ-da üç qadın bu vəzifənin sahibi olub. Dördüncü namizəd isə Susan Raysdır. O, ABŞ-ın BMT-dəki keçmiş səfiridir. Barak Obamanın prezidentliyi dövründə Milli Təhlükəsizlik müşaviri olub.
Ədliyyə Nazirliyi üçün ən uyğun göstərilən namizəd isə Salli Yeytsdir. O, B.Obama və D.Tramp dönəmində vəkalətnamə ilə bu vəzifəni icra edib. Daha sonra isə müsəlman ölkələrinə qarşı tətbiq edilməsi nəzərdə tutulan viza və səyahət qadağasına qarşı çıxdığı üçün Tramp tərəfindən vəzifədən azad edilib.
Xatırladaq ki, Donald Trampın 15 nəfərlik kabinetində vəzifə sahibi olan 2 qadın var idi. Barak Obamanın dövründə isə bu say 4 idi. Obamanın 8 illik vəzifəsi zamanı ümumilikdə 8 qadına yüksək vəzifə verərək Corc Buşun geridə qoyub rekord qırmışdı. Çünki Corc Buşun prezidentliyi dövründə 6 qadın yüksək vəzifə daşıyıb.

Oxşar xəbərlər