Avropa İttifaqı atəşkəs müqaviləsinə münasibət bildirib
10-11-2020, 02:42
278

Avropa İttifaqı atəşkəs müqaviləsinə münasibət bildirib

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır və bunun nəticələrini təhlil edir.
Bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.
O bildirib ki, Aİ əvvəldən tərəfləri atəşi dayandırmağa çağırırdı:
"Biz bu addımı alqışlayırıq və hazırda müharibənin fəsadlarını və regiondakı cari vəziyyəti təhlil edirik. Bundan sonra biz bəyanatla çıxış edəcəyik".

Oxşar xəbərlər