Bu, işğal siyasətinə dəstək deməkdir - Çavuşoğlu
21-11-2020, 10:13
363

Bu, işğal siyasətinə dəstək deməkdir - Çavuşoğlu

"Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O təəssüflə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistana açıq şəkildə dəstək verdilər:

"Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdi. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu"

Nazir bildirib ki, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.

Oxşar xəbərlər