Yeni dərs ili: Şagirdlər parta arxasında iki-iki əyləşəcək
22-09-2021, 10:57
19

Yeni dərs ili: Şagirdlər parta arxasında iki-iki əyləşəcək

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili bu gündən etibarən başlayıb.
Ötən tədris ilində pandemiya şəraiti nəzərə alınaraq sinif 2 qrupa bölünürdü və şagirdlər parta arxasında tək-tək əyləşdirilirdi.
Bəs bu il vəziyyət necədir? Şagirdlər parta arxasında hansı qaydada əyləşir?
Bu barədə Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər dərsdə bütöv sinif şəklində iştirak edəcəklərinə görə parta arxasında iki şagird birgə əyləşəcək.

Oxşar xəbərlər