700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ
13-08-2022, 10:16
9 404

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

Bu il IV ixtisas qrupu üzrə 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib.
Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilir ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub. 
Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib. 
 

Oxşar xəbərlər