Peyvəndin sonsuzluq yaratdığına dair iddialara həkimdən CAVAB
6-04-2021, 19:15
187

Peyvəndin sonsuzluq yaratdığına dair iddialara həkimdən CAVAB

Dünyanın əksər ölkələrinin koronavirus epidemiyasına qarşı peyvənd almağa çalışdığı bir vaxtda, Azərbaycanda əhalinin bir qismi vaksinasiya prosesindən yayınır. Həmin şəxslər özləri peyvəndləmədən qaçınmaqla yanaşı, müxtəlif şayiələrlə başqalarının da peyvənd vurdurmasına mane olur. Sözügedən şayiələrdən biri də peyvənin sonsuzluğa yol açması ilə bağlıdır. Həmçinin vaksin vurduranların koronavirusa daha tez yoluxacağını deyənlər də az deyil.
Məsələni şərh edən tanınmış həkim Vasif İsmayıl qeyd edib ki, bu qəbildən olan şəxslərə artıq tövsiyə fayda etmir:
“Məncə, onlar vicdansızdır. Təsdiq olunmamış xəbərləri yayıb insanların etimadı ilə oynayırlar. Peyvəndin sonsuzluğa gətirib çıxardığına dair dünyada hələ bircə dənə də fakt ortaya qoyulmayıb. Əslində, belə bir şayiə də yoxdur. Durduq yerdə uydurublar”.

Oxşar xəbərlər