Cəmiyyət
24-09-2020, 11:14
187
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər BAĞLANIR
Balakən rayonunda yerləşən “Az Aqro”, “Ə.Ansuxski adına Balakən konserv zavodu” və “Cederovtala Tütün" ASC-lər ləğv olunur.
Bakıtv.az “MediaPost”a istinadla xəbər verir ki, cəmiyyətlər bununla bağlı olaraq səhmdarların növbəti illik ümumi yığıncağını keçirəcək. Hər 3 şirkətin səhmdar iclası Balakən şəhəri, R.Səmədov küçəsi 20 nömrəli ünvanda müvafiq olaraq 23, 27 və 25 noyabr 2020-ci il saat 17.00-da baş tutacaq.
Cəmiyyətlərlə bağlı səhmdar yığıncağının gündəliyinə 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi, müəssisənin ləğvi və digər məsələlər daxildir.
“Az Aqro” ASC-nin nizamnamə kapitalı isə 589 min 904 manat, qanuni təmsilçisi Fizuli Varansov Əhma Oğludur. Eləcə də, nizamnamə kapitalı 281 min. 958 manat olan “Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC-nin də qanuni təmsilçisi Fizuli Varansov Əhma Oğludur. Qeyd edək ki, F. Varansov Balakən şəhər bələdiyyəsinin üzvüdür.
Həmçinin, "Cederovtala Tütün" ASC-nin nizamnamə kapitalı 22 min 616 manat, qanuni təmsilçisi isə Yusif Göylərov Şahruddin Oğludur.