Manaf: “Toya şah kimi getməlisən“
10-11-2022, 18:54
6 997

Manaf: “Toya şah kimi getməlisən“

"Mən urvatsız gedənləri görüb həmişə demişəm ki, bu sənətdən gedəndə kişi kimi getmək lazımdır".
Bu sözləri müğənni Manaf Ağayev "Xəbər Ətər" verilişində qonaq olarkən, deyib.
"Hiss etsəm ki, sevənim yoxdur, toyum azalıb, alqış yoxdur, sənətdən gedərəm. Şükür Allaha, acından ölmürük, uşaqlar yerləşib, elə bir problem yoxdur. Toya şah kimi getməlisən, səni qarşılamalıdırlar. "A, kim gəldi?" - deməlidirlər. Əgər o olmasa, şəxsən söz verirəm ki, həmən günü gedərəm. Vaxtında gedəndə həm hörmətli olursan, həm də elə gözəl olur".

 

Oxşar xəbərlər