Bazar gününə olan hava proqnozu
10-06-2023, 12:46
16 315

Bazar gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Milli Histometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Oxşar xəbərlər