İdman
29-07-2022, 14:44
7 642
“Sumqayıt“ portuqaliyalı futobolçu aldı
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Klubun rəsmi saytı xəbər verir ki, son mövsümü "Nasional"da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Çabi Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun yetirməsidir. O, "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.