Maradonanın bu topu 2 milyona satıldı
17-11-2022, 20:46
8 579

Maradonanın bu topu 2 milyona satıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərə ilə oyunda iki qol vurmaq üçün istifadə etdiyi futbol topu hərracda 2 milyon funta (2,4 milyon dollar) satılıb.
BBC xəbər verir ki, topun başlanğıc qiyməti 570.000 avro olub. Topun kim tərəfindən aldığı qeyd edilməyib. 
Qeyd edək ki, bu top 1986-cı il iyunun 22-də Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentinanın İngiltərəni 2:1 hesabı ilə məğlub etdiyi oyunda istifadə olunub.
Марадона играет рукой
  • Maradonanın bu topu 2 milyona satıldı - FOTOLAR

Oxşar xəbərlər