Benzema Fransa millisinin baş məşqçisindən niyə inciyib?
17-12-2022, 13:36
15 567

Benzema Fransa millisinin baş məşqçisindən niyə inciyib?

Fransa millisinin hücumçusu Kərim Benzema baş məşqçi Didye Deşamın münasibətindən məyus olub.
Fransa KİV-nin xəbərinə görə, oyunçu omba zədəsinin sağalmasının üç gündən çox çəkməyəcəyinə baxmayaraq, mütəxəssisin onu klubun düşərgəsindən göndərəcəyini gözləməyib.
Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə “Qızıl top”u alan 36 yaşlı Benzema məşq zamanı budundan zədə almışdı. O, 2022-ci il dünya çempionatında bir dəfə də olsun oyun keçirməyib və Madridə yollanıb.
Fransa komandasına gəlincə, komanda dekabrın 18-də Argentina ilə oynayacağı finala yüksəlib.

Oxşar xəbərlər