“Real” “The Best”in nəticələrindən narazı qalıb
1-03-2023, 10:58
1 327

“Real” “The Best”in nəticələrindən narazı qalıb

“Real” rəhbərliyi FIFA-nın təqdim etdiyi “The Best” mükafatının nəticələrindən narazı qalıb.
Madrid klubu Çempionlar Liqası, La Liqa, Avropa Superkubokunu əldə etmələrinə baxmayaraq,  komandanın futbolçularına məhəl qoyulmamasına təəccüblənib. Benzema “Qızıl top”u, Tibo Kurtua isə Lev Yaşin mükafatını qazanıb, ancaq onlar FIFA-nın mükafatlarına layiq görülməyiblər. Bundan başqa, “Real”da hesab edirlər ki, hücumçu Vinisius Junior ilin komandasına seçilməli idi.
2022-ci ilin ən yaxşı oyunçusu mükafatı PSJ və Argentina millisinin hücumçusu Lionel Messiyə verilib. Onun millidəki yoldaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martinez 2022-ci ilin ən yaxşı qolkiperi seçilib. Lionel Skaloni (Argentina) isə ən yaxşı məşqçi adına layiq görülüb.
Mənbə: As.com

Oxşar xəbərlər