Azərbaycan çempionatında maraqlı qol: Atalar üçdən deyiblər
19-05-2023, 17:34
6 500

Azərbaycan çempionatında maraqlı qol: Atalar üçdən deyiblər

Futbol üzrə Azərbaycan I Divizionun 28-ci turunda maraqlı hadisə baş verib.
Bu, “İmişli” - “Zirə-2” matçında meydan sahibləri hesabı açarkən yaşanıb.
64-cü dəqiqədə künc zərbəsindən sonra iki ardıcıl zərbə qapı tirindən qayıdıb. Ancaq “İmişli” futbolçuları inadkarlıq ediblər və üçüncü cəhddə - Tolqar Yaqubovun zərbəsindən sonra top tora qovuşub.
Matçda qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər