Rusiyada koronavirusa qarşı peyvənd olunanların sayı 23 milyona çatdı
28-06-2021, 22:19
164

Rusiyada koronavirusa qarşı peyvənd olunanların sayı 23 milyona çatdı

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunanların sayı 23 milyona çatıb.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
“Bu gün artıq ölkədə koronavirusa qarşı vaksin olunanların sayı 23 milyon nəfərdir. Son günlər peyvənd olunanların sayı sürətlə artıb”, - deyə rusiyalı nazir vurğulayıb.
M. Muraşko “Sputnik V” vaksininin Avropa İttifaqında tətbiqinə icazənin alınması ilə bağlı işin qrafik əsasında getdiyini də qeyd edib./APA

Oxşar xəbərlər