Bu ölkədə qadın ilk baş nazir təyin edildi
29-09-2021, 22:42
178

Bu ölkədə qadın ilk baş nazir təyin edildi

Dünya Bankının keçmiş əməkdaşı və mühəndislik professoru olan  Najla Bouden Romdhane Tunisin baş naziri təyin edilib.
Bu barədə Tunis prezidenti Kais Saied sərəncam imzalayıb. Bildirək ki,  Najla Tunisdə  ilk dəfə  qadın baş nazir olaraq, tarixə düşüb. 
Onu da qeyd  edək ki, Tunis koronavirus pandemiyasına görə iqtisadi böhran yaşanır.  Aylar əvvəl  Saied baş nazir Hichem Mechichiyi istefaya göndərib. Və  parlamenti  30  gün müddətində dondurub.
Kais  Saiedin qadını baş nazir  təyin etməsindən sonra bir çox siyasi partiya prezidentin bu addımını çevriliş kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çağıraraq etiraz aksiyası keçirib.

Oxşar xəbərlər