Ukrayna Prezidenti ölkədə dövlət çevrilişinin planlaşdırıldığını açıqlayıb
26-11-2021, 21:26
187

Ukrayna Prezidenti ölkədə dövlət çevrilişinin planlaşdırıldığını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını bildirib.
UNİAN xəbər verir ki, o, bu barədə noyabrın 26-da keçirdiyi mətbuat konfransında açıqlayıb.
V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: "Bunun üçün milyardlarla dollar ayrılıb”.
Dövlət başçısı vurğulayıb ki, dövlət çevrilişinə və bunda iş adamının iştirakına inanmır.

Oxşar xəbərlər