Bayden pandemiyanın bitəcəyi vaxtı AÇIQLADI
27-11-2021, 10:46
132

Bayden pandemiyanın bitəcəyi vaxtı AÇIQLADI

Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək.
Xarici mətbuat xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
Bayden deyib ki, koronavirusun yeni ştamı barədə xəbərlər peyvəndin vacibliyini ortaya qoyur.
"Gələn həftə Ümumdünya Ticarət Təşkilatının toplantısında iştirak edəcək ölkələri COVID-19 peyvəndləri üçün əqli mülkiyyətin qorunmasından uzaqlaşmağa çağırıram. Peyvəndlər qlobal miqyasda istehsal olunmalıdır", - ABŞ Prezidenti vurğulayıb.

Oxşar xəbərlər