Dmitri Peskov: "Baydenlə Putinin görüşündə dönüş olmayacaq"
7-12-2021, 18:30
177

Dmitri Peskov: "Baydenlə Putinin görüşündə dönüş olmayacaq"

"ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin dekabrın 7-də telekörpü formatında keçiriləcək görüşündən dönüş gözləmək lazım deyil”.
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dekabrln 7-də jurnalistlərə açıqlamasında bildirib.
"Dönüş gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq”, - o vurğulayıb.

Oxşar xəbərlər