Peskov NATO-nun Baş katibinə CAVAB VERDİ
19-02-2022, 14:41
16 905

Peskov NATO-nun Baş katibinə CAVAB VERDİ

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.
 “RİA Novosti” bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.
“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.
Qeyd edək ki, NATO Baş katibi Yents Stoltenberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.

Oxşar xəbərlər