ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəldi
28-04-2022, 17:44
41 099

ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəldi

Bakıda ABŞ-ın üç ölkədəki səfirlərinin regional görüşü baş tutub.
Bu barədə Birləşmiş Ştatların Bakıdakı səfirliyi məlumat verib. 
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger, Ermənistandakı səfiri Lin Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak ediblər.
Həmçinin dövlət katibinin köməkçisinin müavini Erika Olson, Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiya üzrə köməkçisi Qreq Naarden də iştirak ediblər.
"Bakı, İrəvan və Tiflis əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Ermənistan və Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən, biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq", - səfirlikdən bildirilib. 

Oxşar xəbərlər