Polşanın xarici işlər naziri İrana səfər edəcək
7-05-2022, 10:55
27 540

Polşanın xarici işlər naziri İrana səfər edəcək

Polşanın xarici işlər naziri Zbiqnyev Rau İrana səfər edəcək.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
Onun sözlərinə görə, 2 günlük səfər çərçivəsində diplomat iranlı həmkarı Hüseyn Əmirabdullahiyan və digər İran rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Z.Raunun polşalı qaçqınların İrana gəlişinin 80-cı ildönümü mərasimində iştirak edəcəyi gözlənilir.

S.Xətibzadə səfərin dəqiq tarixini açıqlamayıb./apa

Oxşar xəbərlər