Finlandiya Rusiya qazından imtina edə bilər
18-05-2022, 23:20
6 884

Finlandiya Rusiya qazından imtina edə bilər

Rusiya qazının Finlandiyaya çatdırılması mayın 20-də dayandırıla bilər.
Bu barədə Finlandiyanın milli qaz paylayıcısı "Gasum" xəbərdarlıq edib.
Bildirilir ki, "Gasum" müştəriləri və fövqəladə tədarüklərə cavabdeh olan səlahiyyətlilərlə birlikdə belə bir inkişafa hazırlaşır. 2022-ci ilin yayında Finlandiya Estoniyadan qaz tədarükü edəcək. 
Rusiya 45 ildən çoxdur ki, Finlandiyaya təbii qaz verir. 2015-ci ilin dekabrında "Qazprom Export" və "Gazum" müqaviləni 2031-ci il dekabrın 31-dək uzadıb.

Oxşar xəbərlər