Putinlə dostluğu üzə çıxdı, parlamenti məhkəməyə verdi
12-08-2022, 11:40
1 847

Putinlə dostluğu üzə çıxdı, parlamenti məhkəməyə verdi

Keçmiş Almaniya kansleri Gerhard Şröder Bundestaqı məhkəməyə verib.
Bu barədə Almaniya mətbuatında məlumat dərc edilib. 
Bildirilib ki, o, may ayında məhrum olduğu xüsusi imtiyazların bərpası üçün ölkə parlamentini məhkəməyə verməyi qərara alıb. 
Bundan əvvəl məlum olub ki, Almaniya Sosial Demokrat Partiyası (SPD) Şröderi üzvlükdən məhrum etməkdən imtina edib. Komissiyanın rəyinə görə, Gerhardın Rusiya prezidenti Vladimir Putinlə dostluğu onun şəxsi işidir. Arbitraj həmçinin Şröderin Rusiya korporasiyaları ilə əlaqələrinin partiyaya zərər vermədiyinə qərar verib.

Oxşar xəbərlər