İran təyyarələri Rusiyaya naməlum yüklər daşımağa başlayıb
8-09-2022, 13:14
8 182

İran təyyarələri Rusiyaya naməlum yüklər daşımağa başlayıb

İranın yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb. 
Bu barədə "Flightradar" uçuş izləmə portalının məlumatında qeyd olunub. 
Portalda İranın dövlət aviaşirkəti olan Iran Air-in "Boeing 747-21AC" daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yayılıb. Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün o, yenidən İrana qayıdıb. 
Ümumilikdə, avqustun 21-dən etibarən İrandan üç belə uçuş müşahidə edilib. İran təyyarələrində hansı yükün olduğu məlum deyil.

Oxşar xəbərlər