Pelosi sabah Ermənistana səfər edəcəyini təsdiqlədi
16-09-2022, 23:34
7 695

Pelosi sabah Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcəyini təsdiq edib.
Nensi Pelosi bu barədə məlumatı Berlində G7 ölkələrinin parlament rəhbərlərinin mətbuat konfransında açıqlayıb.
“Səfərimlə bağlı məlumatın artıq ictimaiyyətə açıqlandığını bilmirdim. Sabah Ermənistana səfər edəcəyəm”, - deyə Pelosi qeyd edib.
Xatırladaq ki, dünən “Politico” nəşri Nensi Pelosinin bu həftəsonu Ermənistana səfər edəcəyi barədə məlumat yayıb.

Oxşar xəbərlər