Rusiyada daha bir gəmi YANDI
4-01-2023, 17:38
5 382

Rusiyada daha bir gəmi YANDI

Yanvarın 4-də Rusiyanın Murmansk bölgəsində "Şahzadə Arktika" gəmisi yanıb.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib. 
Məlumata görə, yanğın gəminin anbarında başlayıb. İçəridə olan 7 nəfər təxliyə edilib. 
Yanğının söndürülməsinə 28 nəfər və 9 texnika cəlb olunub. 

Oxşar xəbərlər