Bu oyunu hökmdarların KÜLÜNDƏN HAZIRLAYIRDILAR
10-01-2023, 12:35
1 989

Bu oyunu hökmdarların KÜLÜNDƏN HAZIRLAYIRDILAR

Mayyalar oyun topları hazırlamaq üçün hökmdarların küllərindən istifadə edirmişlər.
Xarici KİV xəbər verir ki, Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) arxeoloqları qədim Mayyaların “tlachtli” oyununda istifadə olunan toplar üçün doldurucu kimi öz hökmdarlarının küllərindən istifadə etdiklərinə dair sübutlar tapıblar.
Tədqiqatçılar Meksikanın cənubundakı Tonina məbədi kompleksində qazıntılar zamanı içərisində yanan kül, rezin, kömür və bitki köklərinin qarışığı olan 400 urna aşkar ediblər. Tonina Klassik Maya dövrünə - eramızın 500-687-ci illərinə aiddir və “tlachtli” adlı ənənəvi top meydançasına malikdir. Qablar mərhum hökmdarların külü ilə mərasimlərin keçirildiyi Günəş məbədinin səkkiz metr altındakı məbəddə tapılıb.
Üç xal toplayan halqada yazıların olduğu tapılıb. Onlara əsasən, üç qədim hörmətli şəxsin cəsədləri 260 günlük “çevrilmə” prosesindən keçdikləri “Ölülər mağarasına” göndərilib.
Xüsusilə, arxeoloqlar 775-ci il sentyabrın 1-də vəfat edən Vaka Çan Kahk, eləcə də 776-cı il aprelin 1-də vəfat edən Ai Kololte və 722-ci ildə vəfat edən Kaviil Kaan adlı qadını oymalardan müəyyən ediblər. Bu üç hökmdarın cəsədi yandırıldıqdan sonra qalan küldən topların düzəldildiyi rezinləri vulkanlaşdırmaq üçün istifadə edilib.

Oxşar xəbərlər