Zorakılığa məruz qalmış qadının kəlləsi tapıldı – 7-ci əsrlər...
13-03-2023, 16:14
6 896

Zorakılığa məruz qalmış qadının kəlləsi tapıldı – 7-ci əsrlər...

Zorakılığın qurbanı olduğu iddia edilən 7-ci əsrdə yaşamış bir qadının kəlləsi tapılıb. 
Xarici mətbuat xəbər verir ki, mərkəzi İtaliyada olan Bizans dövrünə aid bir qadına məxsus kəllənin ən azı iki dəfə əməliyyat olunduğu barədə əlamətlər aşkarlanıb. 
Alimlərin fikrincə, VI və VIII əsrlər arasında həyatını itirən qadın zorakılığın qurbanı olub. 
Onun "sistemik patoloji vəziyyəti" müalicə etmək üçün bir sıra trepanasiyalar keçirdiyi güman edilir. 
"Biz qadının uzun cərrahi əməliyyat keçirdiyini və bu proseslərdən sağ çıxdığını düşünürük", - tədqiqat müəllifi İleana Mikarelli bildirib. 
Məlumata görə, tapılmış kəllə sümüyündə xaç işarəsi olub. Güman edilir ki, o iti metal alətlə hazırlanıb. 
Qeyd edək ki, xaç formalı trepanasiya antik dövrdə adi bir prosedur olub. 

Oxşar xəbərlər