Qapıçı müdafiəçiyə 700 kilo şokolad göndərdi - SƏBƏB
14-03-2023, 17:17
6 577

Qapıçı müdafiəçiyə 700 kilo şokolad göndərdi - SƏBƏB

“Bavariya”nın qapıçısı Yan Zommer Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda komandanı yüz faizlik qoldan xilas edən müdafiəçi Matteys de Liqtə şokolad yüklənən  maşın göndərmək vədinə əməl edib.
Bu barədə Almaniya mətbuatı xəbər verir.
Zommer ilk hissədə səhv edib, top artıq boş tora uçurmuş, lakin de Liqt onu qapı xəttindən çıxarmağı bacarıb.
Zommer təşəkkür əlaməti olaraq Münhenə 700 kilo İsveçrə Kagi şokoladı olan yük maşını göndərib. Amma hədiyyə ünvana çatmayıb. Çatmağa 10 dəqiqə qalmış məlum olub ki, onu rəsmi təhvil vermək mümkün deyil.
Çıxış yolu kimi xeyriyyə təşkilatlarından birinin Münhen filialına şokolad göndərilib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda PSJ-ni məğlub edən "Bavariya" növbəti mərhələyə adlayıb.

Oxşar xəbərlər