NATO silah istehsalının həcminin artırılmalıdır
11-05-2023, 23:30
9 499

NATO silah istehsalının həcminin artırılmalıdır

"Alyans silah istehsalının həcmini artırmalıdır".
Bunu bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Bizə indi və uzunmüddətli perspektivdə investisiya və istehsal gücü lazımdır. Biz düzgün istiqamətdə irəliləyirik, lakin təhlükəli dünyanın tələb etdiyi qədər sürətlə deyil”, - Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi deyib.
Rusiya işğalına müqavimət göstərmək üçün Ukrayna hər gün 10 min top mərmidən istifadə edir ki, bu da Qərbin arsenalını tükəndirib.
NATO-nun iyulun ortalarında Litvada keçiriləcək sammitində hərbi istehsalın artırılması ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.

Oxşar xəbərlər